Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Macarıstan baş nazirinin şərfi mübahisə yaratdı: “Ukraynadan torpaq istəyir?”
Macarıstan baş nazirinin şərfi mübahisə yaratdı: “Ukraynadan torpaq istəyir?”

Macarıstanın sağçı baş naziri Viktor Orban dünən sosial media platforması olan İnstaqramda paylaşılan videosundan sonra yeni müzakirələrə səbəb olub.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Avropanın zalım liderlərindən biri kimi təqdim edilən Orban dünən üzərində "Böyük Macarıstan" xəritəsi olan şərflə diqqətləri çəkib. Qərb mediası isə “Macarıstan Ukraynadan torpaq istəyirmi?” sualı ilə İnstaqramda paylaşılan həmin görüntüləri manşet edib.

Qeyd edək ki, Orbanın şərfindəki “Böyük Macarıstan” xəritəsində Avstriya, Slovakiya, Xorvatiya, Serbiya və Rumıniya, eləcə də Ukrayna bölgələri var. Görüntülərin ortaya çıxmasından sonra Ukraynadan da reaksiya gəlib.Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko "Macarıstanın işğalçı olması ideyasının üzə çıxarılması Ukrayna-Macarıstan münasibətlərinin inkişafına heç bir töhfə verməyəcək",- deyə bildirib. Bundan əlavə, Nikolenko Macarıstanın Ukraynadakı səfirinə notanın veriləcəyini də qeyd edib.

Mövzu ilə bağlı açıqlama verən Orban isə bildirib: “Futbol siyasət demək deyil. Gerçək olmayan şeylərə etibar etməyin. Macarıstan millisi harada yaşamasından asılı olmayaraq bütün macar xalqına məxsusdur”.

Sonda xatırladaq ki, 2020-ci ildə Orban "Böyük Macarıstan" sözləri olan bir xəritə paylaşmışdı. Bu xəritəyə Birinci Dünya Müharibəsi bitməmişdən öncəki Macarıstanın sərhədləri daxil idi.

Onu da qeyd edək ki, həmin vaxt sözügedən xəritənin üzə çıxması, paylaşılması Xorvatiyanın böyük reaksiyasına səbəb olmuşdu.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »