NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb.
Bu barədə Ukraynanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Yeqor Çernev qeyd edib ki, NATO Parlament Assambleyası Rusiyanın təcavüzü ilə bağlı xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb və bu ölkəni terrorçu dövlət kimi tanıyıb.
NATO-nun 30 ölkəsinin hamısı bu təkliflə razılaşıb və dəstəkləyib. Qətnamə NATO üzvü olan bütün ölkələrin hökumətlərinə və parlamentlərinə ünvanlanacaq. Qətnamədə Ukraynanın digər istəkləri də yer alıb.
Belə ki, bura Ukraynaya silah tədarükünün artırılması, Ukraynanın NATO-ya daxil olması ilə bağlı konkret addımların hazırlanması, Ukraynaya dəymiş ziyana görə Rusiya Federasiyasından kompensasiyaların alınması mexanizminin yaradılması və s. digər məsələlər yer alıb.
Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açqılamasında bildirib ki, NATO-nun Parlament Assambleyasında Rusiyanın terrorçu dövlət olaraq tanınması, gələcəkdə yeni müharibələrin və münaqişələrin baş verməsinə gətirib çıxaracaq. Belə ki, bu qətnamə ilə münasibətlər daha da gərginləşəcək.
“Biz artıq 2023-cü ildə yeni müharibələrin, yeni münaqişələrin olacağını indidən görməkdəyik və bu olacaq. Rusiya hazırda öz gücünü və dünyada öz nüfuzunu qorumağa çalışır. Buna görə də hansısa Rusyadan zəif olan ölkələrlə münaqişəyə girməkdən çəkinməyəcək. Çünki Rusiya istəyir ki, münaqişəyə daha da böyük başqa dövlətləri qatsın. Müəyyən dövlətlər qarışacağı təqdirdə Rusiya gücünü tam olaraq istifadə etməyə çalışacaq. Buna cəhd edəcək”,- deyən politoloq hesab edir ki hazırda Vladimir Putin sadəcə olaraq, dünyada öz gücünü qorumağa cəhd edir.
Bu səbəbdən də, hər hansı bir ölkənin Rusiya ilə, müəyyən mənada münaqişəyə qoşulması böyük bir fəlakətə gətirib çıxaracaq.
Rusiya və Rusiyanın müttəfiq olan, dost olan ölkələr var ki, onlar da həmin müharibəyə müdaxilə edəcək.
Belə olan halda NATO-nun ölkələri tam olaraq Rusiya ilə müharibəyə girməyəcək.
“NATO-da olan bəzi ölkələrin Rusiya ilə münasibətləri yaxşıdır. Məsələn, Türkiyənin özünün Rusiya ilə münasibətləri çox yaxşıdır. Bilirsiniz ki, Türkiyə Rusiya və Ukrayna münasibətlərində bitərəf mövqe sərgiləyir. Müharibənin və münaqişənin dayanmasını istəyir.
“Taxıl dəhlizinin” açılmasında Türkiyənin böyük xidmətləri oldu.
“Bütün bunları nəzər alaraq, hesab edirəm ki, digər ölkələrin Rusiya ilə müharibəyə qoşulma cəhdi növbəti fəlakətlərə gətirib çıxaracaq. Üçüncü Dünya müharibəsinin baş verməməsi üçün buna getmək olmaz”,- deyə Ramiz Alıyev vurğulayıb.
İlahin, Bizimyol.info