Mən Qarabağ xalqının “qalib ruhu”na inanıram və əmin edirəm ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq”.
Bu sözləri Daşnaksütyunun 132-ci ildönümünə həsr olunmuş tədbirdə “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan deyib.
Ermənistan deputatının bu fikirləri bir daha sübut edir ki, Ermənistan məğlub olsa da, dəfələrlə sülh müqaviləsi ilə bağlı müxtəlif görüşlərdə iştirak etsə də, məqsəd sülh müqaviləsi imzalamaq deyil, sadəcə yenidən cəbhələnmək üçün zaman almaqdır.
Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında diplomatik sahədə danışıqların davam etməsi fonunda revanşistlər də sülhə təhdid törədir. Sülhün qarşısını almağa çalışır və beləcə bölgədə sabitliyi pozmaq niyyəti güdürlər.

“Həm Ruben Vardanyanın Xankəndinə gəlməsi, həm də Qarabağ klanı üzvlərinin fəallaşması regionda sülhü pozmaq istəyən qüvvələrin işidir. Eyni zamanda Daşnaksütyun partiyasının Livanda keçirilən toplantısında ölkəmizin ərazi bütövlüyünə qarşı qərəzli fikirlər səsləndirilib. Ermənistan fraksiyasının deputatı İşxan Sagatelyan bunu qəbul etməlidir ki, Qarabağ tarixi, hüquqi, siyasi, iqtisadi nəqliyyat nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz əsas tərkib hissəsidir. Hər zaman Azərbaycanın ayrılmaz hissəsi olacaq. Bu bizim milli ideologiyamızın artıq ayrılmaz bir parçasıdır. Çünki qalib sərkərdə, müzəffər ali baş komandan İlham Əliyev bu şüarı səsləndirməklə Vətən müharibəsinin gedişində ölkəmizin tarixi qələbə qazanmasında ideoloji müstəvini formalaşdırdı. Məhz bu səbəbdən Azərbaycan böyük bir qələbə qazandı. Bu qələbə həm də bu gün siyasi danışıqlara təsir edən amillərdir. Digər tərəfdən revanşistlər hazırkı sülhü pozmaq üçün əllərindən gələni edirlər, bölgədə təhlükəsizliyə böyük təhdid törədirlər. Və siyasi danışıqlar müstəvisində Ermənistan iştirak etsə də, təəssüflər olsun ki, bu cür qüvvələrin pozucu və destruktiv fəaliyyətinin də biz şahidi oluruq”,- deyən İ.Hüseynov bildirib ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki, iqtisadi nəqliyyat əlaqələrinin, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması əsas danışıqlar şərtidir. Kimin nə deməsindən asılı olmayaraq, hansı populist və revanşist fikirlərin olmasından asılı olmayaraq, bütün dünya birliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görür. Və Qarabağ Azərbaycanın ərazisinə daxildir.
Politoloq əlavə edib ki, 2021-ci ilin 7 iyul tarixində cənab prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını sərəncamla təsdiq etdi və artıq Qarabağın dağlıq hissəsi də, düzən hissəsi də Azərbaycandır və bu əbədi olaraq belə qalacaqdır.
İlahin, Bizimyol.info