Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Rusiya gübrə ixracını artırmağa hazırdır
Putin: Rusiya gübrə ixracını artırmağa hazırdır

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva gübrə ixracını genişləndirməyə və bu sahədə tamamilə bütün tərəfdaşlarla işləməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, Rusiya dövlət başçısı çərşənbə günü Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının mineral gübrələr üzrə komissiyasının sədri Dmitri Mazepinlə görüşündə gübrələrin ixracı ilə bağlı danışarkən deyib.

"Biz bu işi istisnasız olaraq bütün tərəfdaşlarla əlaqələrəmizi genişləndirməyə hazırıq", - deyə o qeyd edib. "Dünya gübrə bazarlarında vəziyyət hətta qeyri-mütəxəssislərə də yaxşı məlumdur", - Putin bildirib.

“Sizin "Uralchem" ​​şirkətlər qrupunuz dünyanın ən böyük azot, kalium və ammonyak gübrələri istehsalçılarından biridir. Bilirəm ki, bəzi dövlətlərin yaratdığı süni maneələrə baxmayaraq, işlər gedir, işlər kifayət qədər uğurla gedir”, – prezident Mazepinə müraciət edərək deyib.

“Bizə qarşı göstərilən hərəkətlər yalnız dünya bazarlarında vəziyyəti çətinləşdirir və bundan bütün dünya, xüsusilə də, iqtisadiyyatı zəif olan dövlətlər daha çox ziyan görürlər. Onlar gübrə almadıqda, müəyyən qədər öz məhsullarını da yetişdirə bilmirlər, bu da onlarda taxıl idxalına daha çox ehtiyac yaradır. İqtisadi imkanları zəif olduğuna görə bunu da edə bilmədikdə böhran yaşayırlar”, - deyə o vurğulayıb.

O qeyd edib ki, hamı bunu bilir, amma ehtiyacı olanlara heç kim yardım etmək istəmir. "Əksinə, sanksiyalarla onlardan asılı olan dövlətləri daha da çətin vəziyyətə salırlar. Yardım etmək istəyənlərin də yolunu bağlayırlar", - deyə Putin bildirib.

Dövlət başçısı həmkarına hazırkı vəziyyətin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim etməyi tapşırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »