Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qüdsdə avtobus dayanacağında partlayış olub
Qüdsdə avtobus dayanacağında partlayış olub

İsraildə Qüds şəhərinin girişindəki avtobus dayanacağında partlayış baş verib.

Bizimyol.info xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, partlayış nəticəsində 7 nəfərin yaralandığı bildirilir. Xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğu qeyd edilir.

Verilən ilkin məlumatlara görə, partlayıcı qurğu avtobus dayanacağında qalmış çantada ola biləcəyi etimal edilir.

"ZAKA" xəbər verir ki, partlayışdan sonra 10 nəfər xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən ikisinin vəziyyətinin ağır, birinin vəziyyətinin orta-ağır olduğu qeyd edilir. Qalan yeddi nəfər yüngül xəsarət alıb.

Partlayışın səbəbi hələlik məlum deyil və İsrail polisi terror aktı da daxil olmaqla bir neçə mümkün ehtimalı araşdırır. Knessetin üzvü və Otsma Yehudit partiyasının lideri İtamar Ben-Qvir artıq partlayış yerinə gedib.

"İlk hadisədən qısa müddət sonra ölənin hüquq- mühafizə orqanlarına ikinci partlayışla bağlı təsdiqlənməmiş məlumatlar daxil olub. Lakin hadisə barədə əlavə təfərrüatlar verilməyib və təhlükəsizlik qüvvələri bu iddianı araşdırır", - deyə "Jerusalem Post" yazıb.

Mətbuatın məlumatına görə, ikinci partlayışın Ramot bölgəsində baş verdiyi bildirilir. İki nəfərin yüngül xəsarətlərlə yaralandığı barədə dəqiqləşdirilməmiş məlumat verilib.

Qüdsdən çıxışda avtobus dayanacağı yaxınlığında baş verən partlayışdan sonra 1 nömrəli magistral tunellərin olduğu ərazidə nəqliyyatın hərəkətinə bağlanıb.

Polis Qüdsdə iki partlayışdan sonra terror təhlükəsi səviyyəsinin yüksək olduğunu elan edib və patrul xidmətini arırılması barədə qərar qəbul edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »