Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin baş verən zəlzələdə 46 nəfər xəsarət alıb
Türkiyənin baş verən zəlzələdə 46 nəfər xəsarət alıb

Türkiyənin Mərmərə dənizi bölgəsində çərşənbə günü baş verən zəlzələ xəsarət alanların sayı artaraq 46 nəfərə çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

“Mərkəzi Düzce-Gölakda olan və bir çox vilayətlərdə hiss olunan 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı son məlumatlara görə 46 nəfərdir. Əldə olunan son məlumata görə, xəsarət alanlar - Düzcədə 37, İstanbulda 1, Zonquldakda 6, Sakaryada 1, Boluda 1 nəfər olmaqla 46 nəfərdir. Onlara tibb müəssisələrimizdə yardımlar davam edir”, - deyə nazir "Twitter-"də yazıb.

Yerli vaxtla saat 04:08-də 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Təiyət hadisəsinin ocağı yerin 10,6 km dərinliyində qeydə alndığı bildirilir.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur. Düzcedə vilayətində bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »