Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə 5,9 bal gücündə zəlzələ baş verib, canlı yayım dayandırılmayıb - Video
Türkiyədə 5,9 bal gücündə zəlzələ baş verib, canlı yayım dayandırılmayıb - Video

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələ bir çox şəhərlərdə, xüsusilə İstanbul və Ankarada hiss olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Düzce vilayətinin Çilimli rayonunda saat 04.30-da 5,9 bal gücündə və yerin 8.52 km dərinlikdə, daha bir zəlzələ isə 4.7 bal gücündə olub.

Zəlzələdən sonra CNN TÜRK-ə açıqlama verən daxili işlər naziri Süleyman Soylu: “Bizə hələ ki, heç bir mənfi məlumat daxil olmayıb”, - deyib.

Nazir Soylu: "Xəsarət alanlara şəfalar diləyirəm. Bölgələrlədən veriləm məlumata görə itki yoxdur. Zəlzələnin episentri Gölyaka kəndlərində aparılan araşdırmalar demək olar ki, sona çatıb. Dağıdılan bir neçə anbardan başqa heç bir mənfi xəbər yoxdur. Şəhər rəhbərliyi ilə saxladığımız əlaqə zamanı heç bir neqativ məlumat almamışıq. Həyacan səbəbindən bəzi xəsarətlər var. 21 afterşok baş verib, onlardan ən böyüyü 4,2 bal gücündə zəlzələ olub”, - deyə bildirib.

Qeyd edək ki, zəlzələ zamanı NTV-nin canlı yayımında görüntülənib. Həmin vaxt yayımın aparığıcı Buse Yıldırım zəlzələnin ilk anını soyuqqanlı şəkildə çatdırmağa davam edib. 5.9 silkələnmə studiya dekorasiyaları və işıqlarının vibrasiyasında da əks olundu. Aparıcı qorxsunu gizlətməyə calışsa da, səsindəki titrəyişdən həyacanlı olduğu hiss olunub, lakin o canlı yayımı dayandırmayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »