Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Rusiyanın Baş nazirləri birgə layihələri müzakirə ediblər
Azərbaycan və Rusiyanın Baş nazirləri birgə layihələri müzakirə ediblər

Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədovla Mixail Mişustin arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, görüşdə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib, həmçinin nəqliyyat və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Hökumət başçıları 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı olaraq aktual məsələləri müzakirə ediblər. Mişustin və Əsədov Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »