Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putinin hədə-qorxusunun arxasında heç nə dayanmır, Ukrayna istəyinə nail olacaq”
“Putinin hədə-qorxusunun arxasında heç nə dayanmır, Ukrayna istəyinə nail olacaq”

Rusiya ordusunun yaxın gələcəkdə bir az da geri çəkiləcəyi gözlənilir. Ukrayna silahlı qüvvələrinin rəhbərliyi ilin sonuna qədər Krıma hücum planından danışır. Melitopolda Rusiya tərəfdə qalmağı könüllü seçdiyi iddia olunan Ukrayna vətəndaşları yarımadaya köçürülüb. Yaxın günlərdə bu şəhərin Ukraynanın tam nəzarətinə keçəcəyi ehtimal edilir. Amma Rusiyanın Krımı da itirməsi inandırıcı görünür. Moskva Kiyevin qarşısında dayana bilmir.

Bizimyol.info xəbər verir ki, telemarafonda çıxış edən politoloq Nikolay Davıdyuk Xerson itkisinin daşları yerindən oynatdığını bildirib. Onun fikrincə, indi Ukraynanın Krımı geri qaytaracağına daha çox inanmaq olar. Hadisələrin gedişi bunun möcüzə olmayacağını göstərir: “Rusiya elitası daha güclü Putin məfhumuna inanmır. O, ələ keçirdiyi yeganə vilayət mərkəzini də itirdi”.

Davıdyuk deyir ki, Xersonun işğaldan azad edilməsi həm də rəmzi məna daşıyır. Putin qondarma referendumla Rusiya Federasiyasının ərazisi elan olunan vilayətin nə olur-olsun, bütün vasitələrlə müdafiə ediləcəyini bildirirdi. Hətta nüvə silahından istifadəyə eyham vurulurdu. Amma Kreml qoşunlarının gücsüzlüyü yenə özünü göstərdi. Rusiya ordusu Xersonu tərk edəndən iki gün sonra Ukrayna silahlı qüvvələri rahatca şəhərə daxil oldu.

Davıdyuk hesab edir ki, Krımla bağlı da oxşar şeylər baş verəcək. Yəni Putinin hədə-qorxusunun arxasında heç nə dayanmır. Ukrayna istəyinə nail ola biləcək.

“Putinin oyuncaqları bir-bir əlindən çıxır. İndi nə “Şimal axını” var, nə Krım körpüsü, nə də Xerson. Əslində, onsuz da nüvə dövləti olan Sovet İttifaqı uduzur, dağılırdı. Sovet İttifaqından onlarla dəfə, sadəcə, onlarla dəfə zəif olan Rusiya: tüğyan edən korrupsiya, sıfır texniki potensial və təkcə sərxoş generalları olan ordu. Müasir Rusiya üçün resept budur. Ona görə də mən Rusiyanın bugünkü formada yaşaya biləcəyinə inanmıram və Xerson bunun yüz faiz başlanğıcı oldu”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »