Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Sergey Lavrov Ermənistan səfərə gedib
Nazir Sergey Lavrov Ermənistan səfərə gedib

Noyabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın səfəri başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumatı verib.

İki günlük səfər zamanı o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər, müdafiə nazirləri və qurumun Təhlükəsizlik Şurası katibliyinin noyabrın 23-də İrəvanda keçiriləcək birgə iclasında iştirak edəcək.

İrəvan görüşü çərçivəsində bir sıra siyasi bəyanatların təsdiqlənməsi planlaşdırılır. Xarici işlər nazirləri beynəlxalq və regional təhlükəsizlik və silahlara nəzarətin arxitekturasının gücləndirilməsinə dair sənəd qəbul edəcəklər.

Öz növbəsində, Təhlükəsizlik Şuralarının katibləri nasizmi, neonasizmi, ekstremizmi, şovinizmi və ksenofobiyanın bütün formalarını tərənnüm etmək cəhdlərini pisləyən bəyanat qəbul edəcəklər.

Xatırladaq ki, noyabrın 23-də Ermənistanda KTMT-yə üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. İclasa Rusiya Prezidenti Valdimir Putin də qatılacaq. Onun səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşü də nəzərdə tutulub.

Son xəbərlər
Bütün xəbərlər »