Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin verdiyi pensiyadan imtina etdi, aylarla yarıac yaşadı - Video
Putinin verdiyi pensiyadan imtina etdi, aylarla yarıac yaşadı - Video

Xerson şəhəri artıq Ukraynanın nəzarətindədir. Rusiyanın aylar əvvəl işğal etdiyi yaşayış məntəqəsində həyat yavaş-yavaş qaydasına düşür. Ukrayna hökuməti pensiyaçılara ödənilməli olan məbləğləri çatdırır. Könüllülər sakinləri ərzaqla təmin etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, Xerson martın 3-dən işğal altında idi. Bu müddətdə şəhərin xeyli sakini həyatını itirib. Çoxlu işgəncə faktları qeydə alınıb. İnsanlar aclıq yaşayıb. Düzdür, Rusiya tərəfi pensiyaçıların bir qisminə pul vermək təşəbbüsü ilə çıxış edib. Amma bundan imtina edənlər az olmayıb. Bu fakt təsdiq edir ki, Vladimir Putinin təbliğatı bütün mənalarda iflasa uğrayıb.

Sosial mediada yayılan bir videoda könüllülərdən birinin yaşlı qadına pul vermək istəməsi nəzərə çarpır. 82 yaşlı təqaüdçü əvvəlcə ondan Ukraynanı təmsil edib-etməməsini dəqiqləşdirir. Məlum olur ki, qadın işğal müddəti ərzində Rusiyanın verdiyi pensiyadan imtina edib. Güclə hərəkət edən yaşlı sakin yarıac yaşayıb, amma düşmənin sədəqəsini götürmək istəməyib. Qadın aylarla pis qidalandığına görə 21 kiloqram çəki itirib. Təqaüdçü yalnız qarşısındakının ukraynalı olduğuna əminlik yaranandan sonra pulu götürür və “Yaşasın Ukrayna!” deyir. Könüllü adekvat cavab verir və sabah ona yenə baş çəkəcəyini bildirir.

Ukrayna tərəfi Xersonun işğalında vilayətin qubernatoru Gennadi Laqutanı da ittiham edir. Çünki o, müharibə başlayan gün xidməti vəzifələrindən imtina edərək qaçmışdı. Laquta Rusiyaya işləməkdə günahlandırılır. Daha əvvəllər vilayətə rəhbərlik etmiş Andrey Qordeyev şəhərin müdafiəsinin pis təşkil olunduğunu bildirir. Qubernatordan fərqli olaraq şəhərə rəhbərlik edən İqor Kolıxayev Rusiya qoşunlarının təkliflərini yaxına buraxmamışdı. O, ilk gündən sakinlərin təxliyəsi üçün çalışmışdı.

Rusiya Müdafiə naziri Sergey Şoyqu qoşunların Xersonu tərk etməsi əmrini noyabrın 9-da vermişdi. Ukrayna silahlı qüvvələri bundan iki gün sonra şəhərə daxil olmuşdu. Rusiya ordusu buranı tərk etməzdən əvvəl yaşayış məntəqəsinin enerji və su təchizatı sistemini sıradan çıxarmışdı.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »