Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya: Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını anlayır və hörmət edirik
Rusiya: Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını anlayır və hörmət edirik

Kreml Rusiyanın Türkiyənin Suriya ilə bağlı “qanuni” təhlükəsizlik narahatlıqlarına hörmət etdiyini, lakin oradakı bütün tərəflərin vəziyyəti daha da pisləşdirə biləcək addımlardan çəkinməli olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, "aljazeera"nın verdiyi məlumata görə, bazar günü Türkiyə qüvvələri noyabrın 13-də İstanbulun mərkəzində altı nəfərin ölümü ilə nəticələnən partlayışda günahlandırılan kürd qruplaşmalarının mövqelərinə qarşı Suriya və İraqın şimalında transsərhəd hava hücumlarına başlayıb. Həmin gün prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın quru qoşunlarını oraya yeridilə biləcəyini deyib.

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə deyib ki, Rusiya ilə Türkiyə arasında Suriyaya yanaşmada fikir ayrılıqları olsa da, Moskva Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını anlayır: “Biz Türkiyənin öz təhlükəsizliyinin təmin edilməsi ilə bağlı narahatlığını anlayır və hörmət edirik. Bunun Türkiyənin qanuni haqqı olduğuna inanırıq. Eyni zamanda, biz bütün tərəfləri ümumi vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırırıq”,- deyə Kremlin sözçüsü bildirib.

Ankara İstanbul partlayışında qanundankənar Kürdüstan İşçi Partiyasını (PKK) və ona bağlı Suriya kürd qruplarını günahlandırıb. Kürd döyüşçüləri trror aktı ilə bağlı hər hansı əlaqəni inkar ediblər.

Türkiyə Müdafiə Nazirliyi qurudan atılan silahların da daxil olduğu “Pəncəli Qılınc” əməliyyatı çərçivəsində 184 yaraqlının öldürüldüyünü, sığınacaqlar, bunkerlər, mağaralar və tunellər də daxil olmaqla 89 hədəfin məhv edildiyini bildirib. Maraqlıdır ki, bu qüvvələrin əksəriyyətini həm Rusiya, həm də ABŞ dəstəkləyir.

Vaşinqton da Moskva kimi gərginliyi azaltmağa çağırıb. Rusiya Suriyada 11 illik müharibədə prezident Bəşər Əsədi dəstəkləyir, Ankara isə onu devirmək üçün mübarizə aparan müxalifətin tərəfini tutur.

Kremlin yumşaq təmkin çağırışı Ankaranın fevralın 24-də Rusiyanın işğalı ilə başlayan Ukrayna müharibəsində Moskva ilə Kiyev arasında vasitəçi kimi mövqe tutduğu bir vaxtda gəlib. Ərdoğan və Rusiya prezidenti Vladimir Putin münaqişə boyu müntəzəm telefon danışıqları və görüşlər keçirərək isti münasibətdə olublar.

Türkiyə Ukrayna ilə də yaxşı münasibətlərə malikdir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »