Jurnalist və teleaparıcı Kseniya Sobçak "Rostec"in rəhbəri Sergey Çemezovdan 11 milyon rubl pul tələb etdiyinə görə həbs edilən kommersiya direktoru Kirill Suxanovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
Bizimyol.info xəbər verir ki, Kseniya Sobçak bu barədə çərşənbə axşamı Telegram kanalında yazaraq xəbəri təkzib edib.
“Bu, qarşılaşdığım növbəti bir yalandır. Kirill bizim mühüm ehtiyacımız olan işçimiz olaraq qalır və o, azad olunacağı gün öz işinə qayıdacaq. İndi onun vəzifələri müvəqqəti olaraq komandasının üzvləri arasında bölüşdürülüb. Holdinqin strukturunda edilən bütün dəyişikliklər texniki xarakter daşıyır ki, onlar öz fəaliyyətlərini davam etdirə bilsinlər. Bizi oların nə vaxt azad eiləcəyini bilmirik, əslində, hər gün bu qərarın veriləcəyini gözləyirik, eyni zamanda da fəaliyyətimizə də davam etməliyik”, - deyə o, Telegram kanalında yazıb.
Sobçak qeyd edib ki, istintaq təcridxanasında olan şəxs hüquqi sənədlərə imza ata bilməz: "Biz qanunları poza bilmərik, həm də, işlərimizi dayandıra bilmərik. Mən həmkarlarımı azad etmək üçün mümkün olan hər şeyi etmişəm və edirəm. Azad olunduqdan sonra da onlar, məhz bizimlə birgə işlərini davam etdirmək barədə qərar verəcəklərinə inanıram", - deyə o qeyd edib.
Oktyabrın 26-da Moskvanın Tverskoy Məhkəməsi Suxanovu və “Tatler” jurnalının keçmiş baş redaktoru Arian Romanovskini hədə-qorxu ilə tələb etdiklərinə görə həbs edib. Daha sonra Life.ru saytının keçmiş jurnalisti Tamerlan Bigaev nəzarətə götürülüb. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsi (“xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə”) ilə ittiham olunurlar. İddiaya görə, təqsirləndirilən şəxslər Telegram kanalı vasitəsilə böhtan xarakterli məlumatların yayılmaması üçün pul tələb ediblər.
Qadir, Bizimyol.info