Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT ölən mülki şəxslərlə bağlı yeni məlumat yayıb
BMT ölən mülki şəxslərlə bağlı yeni məlumat yayıb

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri azı 6595 ukraynalı mülki şəxs ölüb, daha 10189 dinc sakin isə yaralanıb.

Bizimyol.info xəbər verir ki, BMT-nin hesabatına görə, qeydə alınmış mülki ölüm və ya xəsarətlərin əksəriyyəti geniş təsir sahəsi olan partlayıcı qurğuların istifadəsi nəticəsində: ağır artilleriyadan eləcə də çoxsaylı buraxılış raket sistemlərindən atəşə tutulması, həmçinin raket və hava zərbələri nəticəsində baş verib.

Ölənlərin 2575-i kişi, 1767-si qadın, 172-si qız və 206-sı oğlan, o cümlədən cinsini müəyyən etmək mümkün olmayan 37 uşaq və 1838 böyükdür. Noyabrın əvvəlindən 400 mülki itki qeydə alınıb: 95 nəfər ölüb, 305 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti Donetsk və Luqansk vilayətlərində qeydə alınıb - 3939 nəfər.

BMT qeyd edib ki, faktiki itki sayı daha çox ola bilər, çünki döyüş meydanından məlumat gecikmə ilə alınır. Söhbət Mariupol, İzyum, Lisiçansk, Popasna və Severodonetskdən gedir, burada dinc əhali arasında çoxsaylı insan tələfatı var. Lakin şərait məlumatların tezliklə dəqiqləşdirilməsinə imkan vermir.

Müharibə başlayandan rus işğalçıları Ukraynanın dinc əhalisini qətlə yetirir. Baş Prokurorluq Ukraynada genişmiqyaslı müharibə nəticəsində 8311 mülki şəxsin həlak olduğunu qeyd edib. Onların arasında 437 uşaq var. Bundan əlavə, 11 mindən çox mülki şəxs yaralanıb.

Kiyev vilayətinin işğaldan azad edilmiş hissəsində ümumilikdə regionun işğalı zamanı öldürülmüş 1365 dinc sakin aşkar edilib.

Hazırda Xarkov, Donetsk və Xerson vilayətlərinin işğaldan azad edilmiş ərazilərində 700-dən çox öldürülmüş mülki ukraynalının cəsədi tapılıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »