Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Raket insidentinə görə Ukrayna ilə aramızda etimad böhranı yoxdur"
"Raket insidentinə görə Ukrayna ilə aramızda etimad böhranı yoxdur"

Polşa lideri Anjey Duda Pşevoduv və Polşada baş verən raket insidentinə görə Varşava ilə Kiyev arasında heç bir etimad böhranının olmadığını və Ukraynanın baş verənlərə fərqli qiymət verdiyini bildirib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, o bu barədə Polsat News-a açıqlamasında bildirib.

“Mən bunu qarşılıqlı etimad böhranı adlandırmıram, sadəcə olaraq düşünürəm ki, sərhədlərimizin arxasında müharibə gedir. Bu müharibə zamanı da bizə təsir edən qəza baş verib”-deyə Duda qeyd edib.

O,  vurğulayıb ki, hələ ki, insidentlə bağlı istintaqın yekun nəticəsi yoxdur.

Xatırladaq ki, noyabrın 15-də  Rusiya Federasiyası Ukraynaya çoxlu raket zərbələri endirib.  Onların təxminən 70%-i hava hücumundan müdafiə sistemi ilə vurulub.

Polşanın sərhədə yaxın Pşevoduv  kəndinə iki  raket düşüb və iki nəfər həlak olub.

Varşava araşdırma aparsa da, Ukrayna bir müddət ona qoşula bilmədi. Amma bir müddət sonra Ukrayna Silahlı Qüvvələrinin ekspertləri də ora gedib.

Polşa, ABŞ və NATO Ukraynanın hava hücumundan müdafiə raketinin oraya düşdüyünü düşünür. Ukrayna şərti olaraq bununla razılaşmır, araşdırma aparılmasını istəyir.

"Mən Zelenskinin hansı vəziyyətdə olduğunu bilirəm və bu insanların necə hərəkət etdiyini, gərginliyin və məsuliyyətin nə səviyyədə olduğunu bilirəm. Hər gün belə partlayışlar baş verəndə orada yüzlərlə insan ölür. Bu, belədir”,- deyə Polşa lideri bildirib.

O, qeyd edib ki, "şərq sərhədində etibarlı qonşunun - Rusiya deyil, suveren, müstəqil dövlət" olması Polşanın maraqlarına daha uyğundur.

Duda Zelenski ilə müxtəlif məsələlərdə fərqli fikirlərə malik ola biləcəyini və bunun üçün də   yenidən müzakirələrin aparılacağını dilə gətirib.

İlahin

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »