Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Krım da daxil olmaqla Ukrayna ərazilərinin azad edilməsi reallaşır"
"Krım da daxil olmaqla Ukrayna ərazilərinin azad edilməsi reallaşır"

“Ukraynanın bütün işğal olunmuş ərazilərinin, o cümlədən “köhnə” Krımın və Donbassın azad edilməsi perspektivi hər gün daha da reallaşır. Yüksək dəqiqlikli Qərb silahlarına sahib olan Ukrayna ordusu peşəkar və qeyri-ənənəvi hərəkət edir. Rusiya ordusu isə hələ də İkinci Dünya Müharibəsinin nümunələri ilə fəaliyyət göstərir və təkcə silahda deyil, həm də taktika və strategiyada Ukraynaya uduzur. Ukrayna ordusunun hərbi uğurları təkcə Qərb ölkələrinin deyil, həm də Ukraynada müharibənin 3-cü Dünya Müharibəsinə və ya nüvə müharibəsinə çevrilməsində maraqlı olmayan üçüncü dövlətlərin, xüsusən də Çin və Hindistanın Kremlə fəal siyasi təzyiqləri ilə müşayiət olunmalıdır”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, ordu generalı Mikola Malomuj müsahibəsində danışıb.

O, qeyd edib ki, Donetsk, Luqansk vilayətləri və Krımın da daxil olduğu ərazilərin azad edilməsi üçün taktiki, strateji hücum əməliyyatları aparılmalıdır.

“İndi konkret hücum hərəkətləri haqqında danışa bilmərik, amma cinahlardan istər Zaporojye, istər Xerson, istərsə də Luqansk istiqamətindən çox uğurlu zərbələr endirə bilərik.  Bu, bizə genişmiqyaslı hücum əməliyyatına başlamağa və Krıma qədər, eləcə də Lisiçansk və Severodonetskdən başlayaraq şərqdəki əraziləri azad etməyə imkan verəcək”,- deyən general bildirib ki, dönüş nöqtəsi o zaman ola bilər ki, Ukraynanın yaxşı qüvvə və vasitələri cəmləşsin və hücumun əsas istiqaməti ilə bağlı düşməni çaşdırmaq üçün gözlənilməz əməliyyat planlaşdırılsın.

Malamuj əlavə edib ki, hazırda gündə 200 yox, təxminən 500, 600, 700-ə qədər işağlçı məhv edilir.

“Rusiya İkinci Dünya Müharibəsi zamanı olduğu kimi standart şəkildə hərəkət edir. Cəbhədən hücuma keçir və ya müdafiə modeli - qazıntılar, xəndəklər, beton konstruksiyalar yaradır. Amma artıq bu işləmir”,- deyən Malomuj əlavə edib ki, Kreml Qərbin şərtlərini qəbul edib Donetskdən, Luqanskdan və gələcəkdə Krımdan çəkilməli olacaq.

Generalın sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin hərbi təzyiqi, tərəfdaşların və üçüncü dövlətlərin siyasi təzyiqi altındadır. “Məsələn, Çin, Hindistan, Türkiyə. Onlar Rusiyanı silahlı təcavüzə görə açıq şəkildə qınamayacaqlar. Lakin beynəlxalq hüquq çərçivəsində sülh prosesinin tərəfdarı ola bilərlər, çünki onlar da hamı kimi dünya müharibəsində, o cümlədən nüvə müharibəsində maraqlı deyil. Bu isə ərazilərimizin azad edilməsi deməkdir”,- deyə general bildirib.

Malomuj Polşaya zenit-raket sistemlərinin yerləşdirilməsindən də söz açıb. O, bildirib ki, hazırda Polşada zenit-raket sistemlərinin yerləşdirilməsi variantı nəzərdən keçirilə bilər, lakin Ukrayna ərazisində “Patriot” kimi iri Polşa və ya Amerikanın raket əleyhinə sistemlərinin yerləşdirilməsi hazırda real deyil. Çünki bu NATO-nun Rusiya ilə birbaşa müharibəyə girməsi kimi qəbul edilə bilər. Bu isə böyük müharibə və nüvə qarşıdurması perspektividir.

“Baydenin Polşa ərazisinə kimin raketinin düşdüyü barədə nə qədər diqqətlə danışdığına diqqət yetirin. O, bu raketin Rusiya raketi olduğuna dair birbaşa sübutun olmadığını bəyan edib və bunun Ukraynanın hava hücumundan müdafiə raketi ola biləcəyini etiraf edib. Bu, Rusiya ilə birbaşa qarşıdurmaya girməmək üçün deyilib”,- deyə general əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »