Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran yenə "dostluq maskası"nı geyindi: "Bu, təhlükəli və hiyləgər ifadədir"
İran yenə "dostluq maskası"nı geyindi: "Bu, təhlükəli və hiyləgər ifadədir"

Bir neçə həftə öncə Araz sahilində “gülünç” təlimlər keçirən, Qafanda öz konsulluğunu açan, Ermənistanla sərhədləri İranın “qırmızı xətti” adlandıran İran rəsmiləri bu dəfə də ikibaşlı bir açıqlama ilə yaranmış gərginlyi sakitləşdirməyə çalışır.

Belə ki, İranın Ali Dini Rəhbərininin müşaviri Qafqazdakı hadisələr, İran və Azərbaycan əlaqələri bağlı danışarkən qeyd edib ki, "İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır".

Amma xatırladaq ki, hələ ötən həftə İran Parlamentinin deputatları belə Azərbaycanı hədələyir, İranın “Səhər” Telekanalı isə Azərbaycan əleyhinə proqramlar yayımlayırdı.

İran mövqeyinimi dəyişdi, yoxsa həmişəki kimi maskasını geyinməyə məcbur oldu?

Nə baş verir?

Politoloq Turan Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran Azərbaycana qarşı mövqeyini birdən-birə dəyişməyib.

Turan Rzayev Turan Rzayev

Deyilənlər sadəcə, verilən ikibaşlı açıqlamadan başqa bir şey deyil. İranın Azərbaycana qarşı mövqeyi hər zaman birmənalı olaraq eynidir və bu dəyişməzdir. “Rəsmi Tehran indiki məqamda proseslərin inkişafını görür və Amerikanın, İsrailin bu istiqmaətdə verdiyi dəstəyin də fərqindədir”,- deyən politoloq qeyd edib ki, İran Rusiyanın Ukraynada başının qarışdığını bildiyi üçün Azərbaycana bu və ya başqa formada təzyiq edə bilməyəcəyini də bilir. Bu səbəbdən də, indiki məqamda Tehran Azərbaycanla münaqişədə gərginliyin artırılmasının həmçinin Azərbaycana təsir imkanlarının da zəiflədiyini görür.

“DTX-nın keçirdiyi iki əməliyyatla İranın Azərbaycandakı dayaqlarına ciddi şəkildə zərbə vuruldu. Tehranı qorxutmaq üçün bu kifayət etdi.

İran rəsmisinin son açıqlaması yumşaltmağa yönəlik görünsə də, bu, ikibaşlı bir yanaşmadır. Səhv etmirəmsə, belə bir ifadə işlətmişdi ki, Azərbaycan İrandır, İran da Azərbaycandır. Yəni bu ifadənin özü belə təhlükəli və hiyləgər ifadədir. Bu onu göstərir ki, İranın hələ də Şimala haqq iddiası var, ərazi iddiası var. Bunu da əslində dolayı yolla, bu ifadə ilə çatdırmış oldu. İranın bu açıqlamalarına inanmaq lazım deyil. İran hər zaman təhdid yaradacaq bir ölkədir”,- deyə politoloq bildirib.

T.Rzayevin fikrincə, İran hazırda buradakı təsirlərini itirməmək üçün özünə bağlı trolları və ya agentlərinin ifşa edilməməsi, sıradan çıxmaması üçün münaisbətləri normallaşdırmağa qərar verib.

“Amma verilən açıqlamaların heç bir əhəmiyyəti yoxdur. İranın siyasəti bizə bəllidir. Bu siyasətin nəticəsidir ki, təlimlər keçirildi, təhdidlər sərgiləndi. Bütün bunları biz gözardı edə bilmərik. İrana qarşı mövqeyimiz dəyişməməlidir”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »