Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan ölkəsini KTMT-dən çıxarmaq istəyir: Rusiya nə edəcək?..
Paşinyan ölkəsini KTMT-dən çıxarmaq istəyir: Rusiya nə edəcək?..

Ermənistan Azərbaycanla sülh müqaviləsi məsələsində dalana dirəndiyi üçün üzv olduğu bütün təşkilatlardan Azərbaycanla münasibətlərə hər hansı bir formada müdaxilə etməsini gözləyir. Bu dəfə isə, Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatından söhbət gedir.

Ancaq Rusiyanın Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səlahiyyətlərinə daxil deyil. Kosaşev həm də qeyd edib ki, KTMT proseslərin nizamlanmasını səmimi şəkildə istəyir. Amma bu münaqişədə bir tərəfi dəstəkləmək münaqişəni daha da gərginləşdirmək deməkdir.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Azərbaycanla Ermənistan arasında olan münasibətlərə müdaxilə etmək sərbəstliyi yoxdur. Belə bir məsələdə Azərbaycanın qəti və kəskin mövqeyi var.

Tural İsmayılov Tural İsmayılov

Bütövlükdə həm KTMT-nin özünün nizamnaməsi, həm də geopolitik situasiyada KTMT-nin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələyə müdaaxilə etmək ehtimallarının sıfırlaşdırır.

Ermənilər 44 günlük Vətən müharibəsi zamanı da, post-müharibə dövründə də daim KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etməyə çalışırdı. Amma bu cəhdlərin hamısı fiaskoya uğradı. Heç bir formada bu arzuları reallığa çevrilmədi.

“KTMT iki ölkə arasında münasibətlərə hər hansı bir formada təsir edə bilməz. Çünki KTMT siyasi təşkilat deyil, hərbi təşkilatdır. Bu hərbi təşkilatda Azərbaycan üzv deyil, Ermənistan üzvdür”,- deyən politoloq əlavə edib ki, belə olan təqdirdə belə bu təşkilataın iki ölkə arasında olan proseslərə qarışmaq hüququ yoxdur. KTMT Türk Dövlətləri Təşkilatı ilə də üz-üzə gəlmək istəmir. Çünki KTMT üzvü olan ölkələrin bəziləri həm də Türk Dövlətləri Təşkilatının üzvüdür.

Bununla yanaşı, TDT üzvü olmayan KTMT üzvləri ilə Azərbaycanın münasibətləri kifayət qədər yaxşı səviyyədədir.

“Bunların arasında xüsusilə Belarusla Azərbaycan arasındakı mehriban dostluq münasibətlərini xüsusi qeyd etmək olar. Eyni zamanda Rusiya münaqişədə tərəf deyil. Azərbaycanla Ermənistan arasındakı münasibətləri normallaşdırmaqda maraqlı olduğunu vurğulayıb.

Bu səbəbdən Paşinyanın Ermənistanı KTMT-dən çıxarmaq üçün bəhanələr uydurması və Azərbaycanla KTMT arasında gərginlik yaratması cəhdləri növbəti siyasi komediyadan başqa bir şey deyil”,- deyən İsmayılov qeyd edib ki, KTMT -nin bu məsələyə gələcəkdə də hər hansı bir müdxailə etmək ehtimalı da görünmür.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »