Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəbrayılda hərbçilər qəzaya düşüb, ölən və xəsarət alan var
Cəbrayılda hərbçilər qəzaya düşüb, ölən və xəsarət alan var

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbçiləri qəzaya düşüb.

DSX-nin Mətbuat Mərkəzindən Bizimyol.info-ya verilən xəbərə görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »