Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
USQ: Rusiya Belarusdan gətirdiyi "S-300"ləri necə istifadə edəcək...
USQ: Rusiya Belarusdan gətirdiyi "S-300"ləri necə istifadə edəcək...

"Rusiya cəbhəyanı ərazilərin atəşə tutulmasını intensivləşdirmək üçün Belarusdan ixrac etdiyi "S-300" raketlərindən istifadə edəcək".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat telemarafonun efirində bildirib.

“Rusiyanın "S-300" raketləri ilə nə edəcəyini bilirik. Bunlar hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş zenit raketləridir. Ruslarda belə silahların tam çeşidi var. Bunlar "Buk M1", "M2", "M3", "Tor", "Pantsir", "S-300", "S-400" və s. onlar işğal olunmuş ərazilərə bu kompleksləri daşıyır və Hərbi Hava Qüvvələrimizi təhdid edirlər”, - deyə o qeyd edib.

İqnatın sözlərinə görə, ruslar "S-300" raketlərini köhnəlmiş hesab edirlər. O bildirib ki, əvvəlcə onlardan Ukraynada tək yaylım atəşlərində, sonra isə kütləvi şəkildə cəbhəyanı şəhərlərdə istifadə etdilər. O əlavə edib ki, partlayış zamanı səpələnən və insanları yaralayan metal elementlərlə təchiz olunduğu üçün bu raketlərdən terror məqsədi ilə istifadə edirlər.

Bu tip raketləri effektiv şəkildə vurmaq üçün onların ən azı 100 kilometr məsafədən buraxılması lazımdır, lakin işğal olunmuş ərazilər daha yaxındır: “Əgər bu raketlər 100-150 kilometrdən çox məsafədən buraxılsaydı, o zaman məhvetmə trayektoriyasını hesablamaq olardı, amma 40 kilometrdən artıqdırsa, deməli, bundan müdafiə olunmaq mümkün olmayacaq. Ona görə də bu raketlər dinc infrastrukturu dağıtmaq, dinc sakinləri öldürmək məqsədi ilə gətirilir. Ona görə də Belarus bu raketləri Rusiyaya ötürür, çünki onlar daha çox cəbhə xəttində yerləşən şəhərləri atəşə tutmaq istəyirlər”, - deyə o bildirib.

Ukrayna mətbuatı bir neçə gün əvvəl xəbər vermişdi ki, Rusiya Federasiyası Belarusdan "S-300" - "S400" zenit-raket kompleksləri üçün raketlər ixrac edir. Məhz bu tip raketlərlə işğalçılar Ukraynanın Dnepropetrovsk, Xerson, Xarkov və Zaporojye vilayətlərindəki dinc cəbhə şəhərlərini atəşə tuturlar.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Belarus top artilleriya və reaktiv yaylım atəşi sistemləri üçün mərmi istehsalına başlamağı planlaşdırır.

Bununla əlaqədar noyabrın 20-23-də Belarus nümayəndə heyətinin İrana səfəri nəzərdə tutulub. İran tərəfi ilə müzakirə olunacaq məsələlərin siyahısı bütün - sursat komponentləri üçün poladın əridilməsi texnologiyasından tutmuş onların qablaşdırılması üçün istifadə olunan mərmi və qabların rənglənməsinə qədər istehsal dövrünə aiddir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »