Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Xerson itkisindən sonra "yoxa çıxıb"
Putin Xerson itkisindən sonra "yoxa çıxıb"

Politoloqlar həmişə Ukrayna müharibəsində Xersonun əhəmiyyətini xüsusi qeyd edirdi. Hesab olunurdu ki, Rusiya ordusu bu şəhəri əldən versə, müharibənin taleyi aydın olacaq. Həqiqətən də, indi Ukraynanın ümumi qələbəsi daha inandırıcı görünür. Xerson itkisi Kremli çox sarsıdıb. Hətta bundan sonra Rusiya Prezidenti Vladimir Putin ictimaiyyət arasında görünməməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, siyasi və iqtisadi ekspert Valeri Kloçok Kreml rəhbərinin şokda olduğunu düşünür. Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında da çox pərt görünüb. O, Xersonun itirilməsini həzm edə bilmir.

Kloçok nədənsə inanır ki, şəhəri tərk etmək qərarını daha çox Ukraynada Kreml qoşunlarına rəhbərlik edən Sergey Surovikin və müdafiə naziri Sergey Şoyqu verib. Politoloq bütün addımların birbaşa Putinlə razılaşdırılmadığına əmindir. Kloçok deyir ki, Kremldə mərkəzdənqaçma var. Xüsusilə hərbi rəhbərlik Qərblə danışıqlar aparır. Avropa, ABŞ müəyyən qərarların qəbul edilməsində rol oynaya bilir: “İndi Kremlin Ukrayna hadisələrinin bundan sonra necə inkişaf edəcəyi ilə bağlı vahid rəhbərliyi və mövqeyi yoxdur”.

Siyasi texnoloq Mixal Şeytelman isə bir az da irəli gedərək deyir ki, hətta Təhlükəsizlik Şurasından paylaşılan görüntülər də köhnədir. Onun fikrincə, Putin tamamilə özünə qapanıb, ictimaiyyətdən qaçır.

“Mən hətta inanıram ki, bizə 8 may görüntülərini təqdim edirlər. Putin yoxdur, bunkerdə gizlənib. Göstərməyə heç nə tapmırlar. Yarım il əvvəlki kadrları ortaya çıxarıb bizə göstərirlər”.

Şeytelman bir məqama diqqət çəkir. Orada Putin Mariupol, Melitopol barədə danışır. Siyasi texnoloq düşünür ki, Kremlin rəhbəri indi bu mövzulardan söz açmazdı. Böyük ehtimalla görüntülər mayda qeydə alınıb. Çünki Kreml mayın 9-u Mariupolu tam ələ keçirməyi düşünürdü. Onda plan alınmadı. Görüntülər də arxivə göndərilib. İndi Putin ictimaiyyətdən gizləndiyindən, köhnə kadrlar ortaya qatılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »