Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güney Azərbaycan Türklərinin beynəlxalq forumu keçiriləcək
Güney Azərbaycan Türklərinin beynəlxalq forumu keçiriləcək

Azərbaycanın Türkiyənin müxtəlif şəhərlərində diaspor faəliyyəti ilə məşğul olan təşkilatlarının rəhbərləri dekabrın 24-də Güney Azərbaycan Türklərinin II Beynəlxalq Forumunu keçirəcək.

Bu barədə Bizimyol.info xəbər portalına İzmir-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Camal Məmmədxanoğlu bildirib. O, qeyd edib ki, bu beynəlxalq forum birinci dəfə 10 il əvvəl Ankarada keçirilib. Bu il isə, İzmirdə keçirilməsinə qərar verilib.

“Forumumuzun bir neçə məqsədi var. Belə ki, bu forumla biz həm də İran adlanan yerdə azadlıq mübarizəsi aparan Güney Azərbaycan Milli Hərəkatına və Güney Azərbaycan camaatına tək olmadıqlarını xatırladıb, onlara mənəvi dəstəyimizi ifadə edirik. Eyni zamanda Güney Azərbaycan Milli Təşkilatları və mühüm milli fəalları bir araya gətirmək, diaspor təşkilatlarımızın rəhbərlərini və nümayəndələrini bir araya toplamaq, onların Güney Azərbaycan Milli Mübarizəsini tanıyıb dəstəkləmələrini təmin etmək, Güney və Quzey Azərbaycan Milli Xalqı ilə millətimiz arasında Qardaşlıq Əlaqələrinin Gücləndirilməsi, habelə, Azərbaycan Dövlət və Diaspora Komitəmizin Güney Azərbaycan Milli Hərəkatı ilə daha sıx əlaqələr qurmasına şərait yaratmaq və mübarizəyə töhfə vermək yollarını tapmaqdan ibarətdir.

Forumumuzla bağlı bütün xəbərləri zamanla bölüşəcəyik”,- deyə o qeyd edib.

Qeyd edək ki, II Beynəlxalq Güney Azərbaycan Türkləri Forumunun Təşkilat Komitəsinə İstanbuldan Ağrı Qaradağlı, Gülara Yenisey, Mehdi Nəimi, Məhəmməd Rəhmanifər, Eskişehirdən Cavid Aydın, Antalyadan Ceyran Səttarova, İsveçrədən Əfsanəvi Mr. Qala, Rehim Sulduzlu, Ankaradan Mehda Mehdili, İzmirdən Camal Məmmdxanoğlu, Məsut Haray, Azərbaycandan Nəsib Nəsibli, Rusiyadan Xatirə Qəmbərova, Almaniyadan Şerife Caferi, Amerikadan Zaur Bayramlı daxildir.

C. Məmmədxanoğlu əlavə edib ki, forumla bağlı ətraflı yaxın zamanlarda məlumat veriləcək.

İlahin

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »