Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Cərimə mövsümü" başlayır
"Cərimə mövsümü" başlayır

Avtomobilərdə pərdə və jalüz məsələsi yenidən gündəmə gələ bilər. Qeyd edək ki, ötən il Milli Məclis “Yol hərəkəti haqqında” qanunda dəyişiklikləri müzakirə etmişdi. Avtomobillərə pərdə və jalüzlərin vurulması ilə bağlı qaydaların Nazirlər Kabineti tərəfindən tətbiq edilməsi təklif edilmişdi. Belə ki, Nazirlər Kabineti pərdə və jalüzlərlə bağlı standart qəbul etməlidi idi. Aradan uzun zaman keçməsinə baxmayaraq, hələ ki, NK bu barədə standart müəyyən etməyib. Artıq noyabrın 15-i keçib və yol polisi sürücülərə cərimə yazmaq hüququna malikdir.

Hazırda köhnə standart qüvvədədir. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün - 75%, küləyə qarşı olmayan digər şüşələr üçün - 70% olmalıdır. Onu da qeyd edək ki, minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük pərdə və plyonka çəkməyə icazə verilir. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 1 May və 15 Noyabra qədər pərdə və plyonkalardan istifadəyə dövlət tərəfindən icazə verilib. Bu yol hərəkəti haqqında qanunda da öz əksini tapıb.

“Azərbaycan Respublikası ərazisinə istənilən respublikadan avtomobil gətirilə bilər. Burada heç bir məhdudiyyət yoxdur. Amma, bu rolu sol tərəfdə olan və əlavə konstruktiv dəyişikliyi olmayan nəqliyyat tiplərinə aiddir. Bu da o deməkdir ki, zavod istehsalı necədirsə, texpasportda yazılan qaydada gətirilə bilər. O cümlədən, onların şüşə tipinə də aiddir. Yəni, şüşənin günəş şüalarını buraxma qabiliyyətinə də aiddir. Burada standart olaraq qəbul edilmədiyi üçün çox güman ki, beynəlxalq praktikadan faydalanacaq.

Beynəlxalq praktikada müəyyən dərəcədə günəşi buraxma qabiliyyətinə malik şüşənin dərəcələri var. Amma, konkret neçə faiz icazə veriləcək və neçə faizi qadağan ediləcək, bunu demək çətindir. Çünki, bu da dövlətin rəsmi qərarından asılıdır. Son müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, əhali arasında belə bir tip avtomobillərin idarə edilməsinə vətəndaşlar arasında bir maraq var idi. Amma, son 4-5 il olar ki, bu vətəndaşlar arasında çox da ciddi marağa səbəb olmur. Xüsusən də, daha gənclər bu tip vasitələrdən istifadəyə meylli deyillər. Bunun başlıca səbəbi maarifləndirmədir. Çünki, bu günəş şüalarından qorunmaqdan çox bir hobbi və əyləncə tipinə aid idi. Amma, son zamanlar bu aradan qalxır. Vətəndaşlar, zavod tərəfindən istismara icazə verilən və hesablanan şüşələrə və plyonkalara üstünlük verirlər. Bunun üçün də bu proses səngidi. Yəni, artıq dövlət də bilir ki, vətəndaşlar belə plyonkanı istifadə etmir, maraqlı deyil. Onun daha sərtləşdirilməsi və yaxud daha ciddi qərar qəbul etməsinə ehtiyac duymadı”,- deyə ekspert bildirib.

Aslan Əsədov qeyd edib ki, faiz nisbəti ilə şüşənin hansı qalınlıq da və hansı dərəcə altında günəş şüalarını buraxma qabiliyyətini beynəlxalq praktikadan istifadə olunacaq.

Xatırladaq ki, hələ standart qəbul edilmədiyi üçün pərdə və plyonklaardan istifadə edən sürücülər nəzərə almalıdır ki, hər an 150 manat cərimə edilə bilərlər.

Ehtiyat igidin yaraşığıdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »