Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın nüfuzunu saxlamaq niyyəti varsa, Azərbaycanı razı salmalıdır"
"Rusiyanın nüfuzunu saxlamaq niyyəti varsa, Azərbaycanı razı salmalıdır"

Rusiya preizdenti V.Putinin noyabr ayının 22-də Yerevanda KTMT-nin sammitində iştirakı Peskov tərəfindən təsdiqlənsə də, səfərin reallaşacağlı qeyri müəyyəndir.

Bundan öncə G-20 sammitinə qatılmayan Putinin Yeravan səfəri alınarsa demək Rusiya prezidenti nəhayət bunkerdən çıxmaq qərarına gəlib. Bu əslində müsbət haldır və gələcəkdə dünya ilə qarşıdurmasına son qoya biləcək addımlar atılmasına gətirib çıxara bilər. Bu barədə bizimyol.info xəbər portalına politoloq Vasif Əfəndiyev danışıb.

O, qeyd edib ki, Ukrayna cəbhəsində ardıcıl məğlubiyyətindən sonra Putinin sözçüləri ikibaşlı olsa da sülh haqqında danışmağa başlayıblar. “Xerson şəhərinin ardından Ukrayna daha bir önəmli və strateji bölgəni işğaldan azad edərsə, Rusiya daha hündür səslə sülh mesajlarını verəcək.Hesab edirəm ki, Krımın üzərində sarı- mavilərin nəfəsi hiss edildiyi gündən isə Putin indiyə qədər razılaşmadığı şərtlərlə danışıqlara gedib atəşkəsə nail olmağa çalışacaq”,- deyə o əlavə edib.

Vasif Əfəndiyev Vasif Əfəndiyev

V. Əfəndiyevin fikrincə, Putin Avropa cəbhəsinddə uğursuzluğunu Qafqazda kompensasiya etmək niyyətindədir. Putininn Ukraynaya qarşı başlatdığı müharibə KTMT –nin formal bir qrum olduğunu və əslində bu təşkilata üzv dövlətlərin özlərinin müttəfiq deyil işğal edilmiş ərazilər qismində olduğunu sübut etdi.

“Paşinyanın isə bu sammitdən gözləntiləri çoxdur. Fransanın məlum qətnaməsindən sonra Paşinyan buna cavab olaraq Rusiyadan radikal addımlar atmasını istəyəcək. İki gün öncə isə Rusiya baş naziri Mişustinin Bakıya səfəri və səfər zamanı bir çox mühüm sənədlərin imzalanması deməyə əsas verir ki, bu dəfə də Ermənistan bizə qarşı Rusiyadan əməli tədbir görülməsinə nail olmayacaq”-deyə o qeyd edib.

Politoloq bildirib ki, Prezident İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən Vardanyanın Moskvadan göndərildiyi barədə məlumat verərək, buna qarşı sərt mövqe sərgiləmişdi.

Bunun ardından isə Rusiya tərəfi Vardanyanın Rusiya vətəndaşlığından çıxdığı və onlarla əlaqəsi olmadığı barədə məlumat yaydılar. Bununla da Rusiya ikibaşlı bəyanatı ilə Vardanyandan imtina edərək həm də onun uğursuz gəlişi məsuliyyətindən imtina etdi. V.Əfəndiyevin fikrincə, Azərbaycan tərəfi maksimum güclə çalışır ki, dekabr ayının sonuna qədər Ermənistanla sülh müqaviləsi imzalansın.

Qafqazda davamlı sülhün təmin olunması eyni zamanda ABŞ və Avropa İtiifaqının maraq dairəsindədir. Qərbi regionda sabitliyin təminatı ilə Zəngəzur koridorunun açılması daha çox maraqlandırır. Rusiyanın enerji təhdidlərini və Çinin iqtisadi dominantlığının qarşısını alınması üçün Zəngəzur koridoru çox əhəmiyyətlidir.

“Rusiyanın isə bölgədə nüfuzunu və təsir imkanlarını saxlamaq niyyəti varsa, mütləq mənada Azərbaycanı qane edən qərarlar verməlidir”,- deyə o fikrini yekunlaşdırıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »