Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiya ilə sanksiyalara daxil olmayan malların ticarətini davam etdirir
Türkiyə Rusiya ilə sanksiyalara daxil olmayan malların ticarətini davam etdirir

"Türkiyə Rusiyaya qarşı sanksiyaları pozmur, iki ölkə arasında sanksiyalara məruz qalmayan malların ticarətini davam etdirirlər".

Bizimyol.indo xəbər verir ki, bunu bazar ertəsi dərc olunan "The Wall Street Journal"a müsahibəsində ölkənin Türkiyənin Maliyyə Nazirliyinin rəhbəri Nurəddin Nebati deyib.

“Biz Rusiya ilə heç bir sanksiyalara məruz qalmayan sahələrdə ticarətimizi davam etdiririk”, - deyə nazir bildirib.

Qəzetin yazdığına görə, ikinci rübün sonunda Türkiyənin Rusiyaya ixracı sanksiyalardan əvvəlki səviyyələrlə müqayisədə təxminən 25% artıb. “Son məlumatlar göstərir ki, Türkiyədən Rusiyaya ixracı qadağalardan sonra daha da artıb”, - deyə nəşr qeyd edir.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev oktyabrın sonunda bildirib ki, 2025-ci ilə qədər Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 60 milyard dollara çata bilər. O qeyd edib ki, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə təxminən iki dəfə artıb. Bunlar əsasən enerji məhsullarıdır (neft, qaz, kömür, neft məhsulları). Eyni zamanda, “qeyri-xammal” ixracın artımı 19% artıb. Rusiyadan Türkiyəyə metallurgiya sənayesi, kimya sənayesi və digər sanksiyaların siyahısına daxil olmayan sənaye emalı (ağac, sellüloza, plastik, rezin) məhsullarının tədarükü artıb.

Qeyd edək ki, bu ilin əvvəlində - fevralın 24-də Kremlin rəhbəri Vladimir Putinin qərarı ilə Rusiya Ukraynaya qoşun yeridərək onun ərazilərini işğal edib. Bundan sonra ABŞ və Avropa İttifaqı dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Daha sonra dünyanın əksər dövlətləri bu qadağalara dəstək verərək Rusiya ilə ticarət əlaqələrini dayandırıblar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »