Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əl-Qaidədən Dünya Kuboku təhdidi: “Daşlayın”
Əl-Qaidədən Dünya Kuboku təhdidi: “Daşlayın”

Əl-Qaidə terror təşkilatı Qətərdə keçirilən dünya çempionatını “müsəlmanların dəyərlərini məhv etməyə yönəlmiş işğal” adlandırıb və dünyanın ən mühüm futbol tədbiri üçün Qətərə gedənləri daşqalaq etməyə çağırıb.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Əl-Qaidə Qətərdə keçirilən Dünya Çempionatı ilə bağlı təhdidlər edib və tərəfdarlarını matçlara baxmağa gedənləri “daşqalaq etməyə” çağırıb.

Belə ki, terror təşkilatı dünya çempionatının “müsəlmanların dəyərlərini məhv etmək” olduğunu iddia edərək, dünya çempionatına qarşı “cihada” çağırıb. Qətərdə keçirilən Dünya Kuboku hadisələrini işğal kimi qələmə verən təşkilat, açıqlamasında “Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla doludur. Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətlərə, müsəlmanlara yaddır. Müsəlmanlar onlarə daşqalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər”,-deyə bildirilir.

Qərbin Dünya Kuboku ilə müsəlman dünyasındakı mədəni işğalını davam etdirdiyini iddia edən Əl-Qaidə, "pornoqrafiyanı canlandırmaq və homoseksuallığı normallaşdırmaq onların ən böyük hədəfidir”,-deyə bildirib.

Təşkilat buna icazə verən Yaxın Şərq ölkələrinin də məsuliyyət daşıdığını bəyan edib.

Xatırlatma edək ki, Əl-Qaidə bundan əvvəl də müsəlmanları dünya çempionatını boykot etməyə çağırmışdı.

Qeyd edək ki, milyonlarla insanı ekran qarşısına bağlayan Qətərin ev sahibliyi etdiyi Dünya Kubokunda spirtli içkilərin qadağan edilməsi və LGBT hərəkatına dəstək müzakirələri davam edir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »