Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya Polşaya “Patriot” verməyi təklif edir
Almaniya Polşaya “Patriot” verməyi təklif edir

Almaniya Polşanın hava məkanını müdafiə etmək üçün ona "Patriot" raketdən müdafiə sistemi verməyi təklif edib.

Bizimyol.info xəbər verir ki, “Reuters”in məlumatına görə, bu barədə mediaya müdafiə naziri Kristin Lambrext məlumat verib. Bundan əvvəl Almaniya hökuməti Polşanın Ukrayna ilə sərhədi yaxınlığındakı Prşevodov kəndinə raket düşməsi ilə bağlı insidentdən sonra Polşanın hava məkanında patrul xidməti üçün "Eurofighter" qırıcılarını təklif edəcəyini artıq bəyan etmişdi.

"Biz Polşaya "Eurofighters" və "Patriot" hava hücumundan müdafiə sistemlərimizlə hava məkanının təhlükəsizliyini təmin etmək üçün dəstək təklif etmişik", - deyə Lambrecht bildirib.

İndi Almaniyada 12 "Patriot" hava hücumundan müdafiə sistemi var, onlardan ikisi Slovakiyada yerləşdirilib.

Qeyd edək ki, Ukrayna mətbuatı daha əvvəl xəbər verib ki, noyabrın 15-də Rusiya Ukraynaya iri raket hücumu həyata keçirib. Təxminən 4 saat ərzində işğalçılar Ukrayna ərazisinə 100-ə yaxın raket atıblar. Həmin gün Polşanın Ukrayna ilə sərhədə yaxın ərazisində yerləşən Prşevodov kəndinə raket düşüb. Hadisə nəticəsində iki nəfərin ölümünə səbəb olub.

NATO Rusiyanın Polşaya qəsdən raket hücumu hazırladığına dair əllərində heç bir sübut olmadığını bildirib. Baş katibin sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə sisteminin raketi Prşevodov kəndinə düşüb, lakin buna görə məsuliyyət Ukrayna şəhərlərini və Ukraynanın mühüm infrastrukturunu atəşə tutan Rusiyanın üzərinə düşür.

Dünən Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, Polşa hüquq-mühafizə orqanlarının əllərində raketin dəqiq haradan atıldığını müəyyən etməyə imkan verən məlumat hələlik yoxdur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »