Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qrossi: Putin Zaporojyedəki vəziyyət barədə tam məlumatlıdır
Qrossi: Putin Zaporojyedəki vəziyyət barədə tam məlumatlıdır

"Rusiya prezidenti Vladimir Putin Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) baş verənlərin bütün təfərrüatlarını yaxşı bilir".

Bizimyol.info xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bazar günü "CBS" telekanalına müsahibəsində bildirib.

Putinin ZAES-də baş verənlərlə bağlı məlumatlı olub-olmadığı sualına: "Əlbəttə məlumatlıdır. O, [baş verənlərin bütün təfərrüatını bilir, bu məni heyrətləndirdi. Onunla söhbətdə başa düşdüm ki, o, təkcə stansiyanın strukturu haqqında deyil, həm də çox vacib olan elektrik enerjisi, xarici enerji mənbələri haqqında çox yaxşı məlumatlıdır. Bu, onun enerji strukturu barədə çox yaxşı bilgiyə sahib olduğunu göstərir", - MAQATE rəhbəri cavab verib.

MAQATE rəhbərindən agentliyin ekspertlərinin Zaporojye AES-də öz tapşırıqlarını sərbəst yerinə yetirmək imkanının olub-olmaması ilə bağlı sual verilib: “Bəli, bilirsiniz, biz MAQATE-yik. Fəaliyyətimiz üçün məhdudiyyətlər olan sahələr var. Ancaq görməli olduğumuz hər şeyi görə bilirik", - deyə Qrossi cavab verib.

Qrossi nüvə fəlakəti ehtimalının qarşısını almaq üçün ZAES ətrafında təhlükəsizlik zonasının yaradılmasının vacibliyinə də diqqət çəkib: “Biz bu stansiyanı tam nəzarət altına alıb qorumayınca, nüvə fəlakətinin baş verməsi ehtimalı mövcuddur. ZAES-nin atəşə tutulması davam edir. Və buna görə də mən stansiyanın ətrafında qoruyucu zonanın yaradılmasında təkid edirəm. Bu, əsasən “stansiyaya hücum etməməkyin” mənasını verir”, – deyə o bildirib. Qrossinin fikrincə, ZAES ərazisində vəziyyət bir çox cəhətdən görünməmiş, qeyri-sabitdir və təcili tədbirlər tələb edir.

Oktyabrın 11-də Qrossi Sankt-Peterburqa gedib və orada Putinlə görüşüb. Bundan əvvəl MAQATE-nin baş direktoru Rusiya lideri ilə təmasları nüvə enerjisi obyektlərinin, o cümlədən Zaporojjya AES-in təhlükəsizliyinin təmin edilməsi baxımından son dərəcə vacib adlandırıb. Qrossi həmçinin iki dəfə Kiyevə səfər edib və burada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »