Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev: “Qazaxıstan indiki şəraitdə çoxvektorlu siyasət aparmalıdır”
Tokayev: “Qazaxıstan indiki şəraitdə çoxvektorlu siyasət aparmalıdır”

“Qazaxıstan geosiyasi mövqeyini nəzərə alaraq çoxvektorlu siyasət aparmalıdır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında prezident seçkilərində səsvermədən sonra hazırkı prezident Kasım-Jomart Tokayev deyib.

“Hesab edirəm ki, geosiyasi mövqeyi, iqtisadiyyatımıza 500 milyard dollardan çox vəsaitin cəlb olunduğunu və qlobal şirkətlərin bizim bazarda fəaliyyət göstərdiyini nəzərə alaraq, biz sadəcə olaraq çoxvektorlu xarici siyasət aparmağa borcluyuq” - deyə, o bildirib.

Hazırkı dövlət başçısının seçki platformasında əsas məqsəd ədalətli Qazaxıstan qurmaqdır.

Həmçinin milli maraqların qorunmasına, bütün maraqlı dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş xarici siyasət kursunun davam etdiriləcəyi qeyd olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »