Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Ukraynaya silah embarqosunu ləğv edəcək
Yaponiya Ukraynaya silah embarqosunu ləğv edəcək

Yaponiya hökuməti hərbi avadanlıqların verilməsi ilə bağlı sərt qaydalara yenidən baxmaq niyyətindədir. Tokio indiyə qədər Kiyevə silah və hərbi avadanlıqlar verməyib.

Bizimyol.info xəbər verir ki, "Japan Today"ın verdiyi məlumata görə, Yaponiya höküməti belə qərar gəlib ki, ölkənin təhlükəsizliyinə dəstək verəmək məqsədi ilə Ukaynay silah verilməsi ilə bağlı qərara yenidən baxsın və icazə verilməsi ilə bağlı razılıq əldə etsin. Qeyd olunur ki, məsələ Yaponiyanın Ukraynaya öldürücü silah verməsini qadağan edən qərarla bağlıdır.

Tokio, yalnız başqa bir ölkə ilə birgə inkişaf və ya istehsal üçün silah ixracına icazə verən müdafiə texnologiyası transferlərinin "üç prinsipi" səbəbiylə tələbi rədd edib. Nəticədə Yaponiya mart ayından Ukraynaya zireh və dəbilqə göndərməyə başlayıb.

Silah ixracının Yaponiyanın müdafiə sənayesini dəstəkləyəcəyi gözlənilir. Bu ilin sonuna kimi bu məsələ həll oluna bilər. Nəşrin yazdığına görə, hökumət daxilində ilkin razılığın olması ilə bağlı məlumatlar var. Yaxın zamanda məsələnin müsbət mənada həll ediləcəyi etimalı yüksəkdir.

İyulun 12-də Yaponiya tərəfdaş dövlətləri Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibəyə qarşı birləşməyə çağırıb. Eyni zamanda, Tokio Moskvaya qarşı sanksiyalar tətbiq etməyən "G20" ölkələri ilə işləmək qərarına gəlib. Tokio müttəfiqlərə ölkələrin ərazi bütövlüyünün qorunması ilə bağlı məsələlərdə daha fəal olağı tövsiyə etmək fikirindədir.

Qeyd edək ki, Putinin Ukraynaya qarşı müharibə elan etməsindən sonra Yaponiya Rusiyaya qarşı 13 sanksiya paketi təqdim edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »