Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Fars körfəzinə 100 pilotsuz gəmi göndərəcək
ABŞ Fars körfəzinə 100 pilotsuz gəmi göndərəcək

ABŞ-ın rəhbərlik etdiyi xüsusi qrup gələn ilə qədər Fars körfəzinin strateji sularına 100-dən çox pilotsuz gəmi və qayıq göndərəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Bəhreyndə "CENTCOM"un rəhbəri Maykl Kurilla məlumat verib.

Onun sözlərinə görə, bu yolla ABŞ İrandan gələn dəniz təhdidlərinin qarşısını almaq istəyir.

Bundan əvvəl İsrail və ABŞ İranı Oman sahillərində İsrail firmasına məxsus tankerə pilotsuz təyyarə ilə zərbə endirməkdə ittiham etmişdi.

Bu, İslam Respublikasının Fars körfəzində həyata keçirdiyi silsilə hücumlardan biri idi.

Kurillanın sözlərinə görə, qərara alınıb ki, gələn il ABŞ-ın rəhbərlik etdiyi İşçi Qrup buxtada gəmiçilik təhlükəsizliyini qorumaq üçün 100-dən çox insansız suüstü və sualtı gəmidən ibarət donanma yığsın.

"Task Force 59" ötən ilin sentyabrında ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının yerləşdiyi Bəhreyndə yaradılıb. O, İran pilotsuz təyyarələrinin silsilə hücumlarından sonra Yaxın Şərqdəki əməliyyatlara pilotsuz sistemlərin və süni intellektin inteqrasiyası üçün yaradılıb.

Beşinci Donanmaya görə, pilotsuz suüstü qayıqlar gələcək təhlükəsizlik üçün vacib olan yeni texnologiyadır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »