Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Krıma dekabrın sonuna qədər daxil ola bilərik" - Ukrayna
"Krıma dekabrın sonuna qədər daxil ola bilərik" - Ukrayna

"Ukrayna hətta qışda da öz ərazilərini azad etməyi dayandırmayacaq, ona görə də Krım dekabrda azad oluna bilər".

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov bildirib. O qeyd edib ki, Ukrayna dekabrın sonuna qədər Krımı azad edə bilər və yaza qədər Rusiya ilə müharibə bqtünlüklə başa çatacaq.

İstefada olan general-mayor Vladimir Qavrilov bildirib ki, Ukrayna qələbəyə doğru irəliləməkdən əl çəkməyəcək: "İnsanlar bizim artıq əldə etdiyimiz şeyə görə çoxlu qan, çox zəhmət ödədilər", - Qavrilov vurğulayıb.

Müdafiə nazirinin müavini deyib ki, Krımın Ukraynaya qaytarılması yalnız zaman məsələsidir, və təbii ki, biz buna ən qısa zamanda nail olmaq istərdik. Onun fikrincə, Rusiya daxilində vəziyyətin dəyişməsi, məsələn, Putin rejiminin qəfil süqutu buna kömək edə bilər: “Düşünürəm ki, Rusiya hakimiyyəti öz ölkəsinin daxilində “qara qu quşu” ilə qarşılaşa bilər və bu, Krımla bağlı uğurumuz tezləşdirə bilər”, - nazir müavini deyib.

“Bununla belə, hadisələrin müəyyən qüvvələr, resurslar və başqa bir şey kombinasiyası ilə inkişafının hərbi versiyası da mövcuddur. Biz Krıma, məsələn, dekabrın sonuna qədər daxil ola bilərik. Ola bilər. Bunun baş verməsi mümkündür", - Qavrilov deyib.

O, bildirib ki, Ukrayna qoşunları sərt şərtlərə, aşağı temperaturlara və yorğunluğa baxmayaraq, öz potensiallarından istifadə edərək qışda döyüşləri davam etdirəcəklər.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov hesab edir ki, Ukraynada müharibə gələn ilin yayına qədər başa çata bilər.

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda ölkədə müharibənin nə vaxt bitəcəyini bilmədiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, hərbi-siyasi rəhbərlik müharibənin başa çatma müddətini deyil, onu necə bitirəcəyi barədə düşünür.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »