"Belarus Silahlı Qüvvələrində təlim ölkənin müdafiəsinə hazırlaşmaq məqsədi daşıyır".
Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü çağırışçıların hərbi andiçmə mərasimindən sonra respublikanın müdafiə naziri Viktor Xrenin bildirib.
“Bizim planlarımızda hər hansı münaqişələrə qarışmaq fikri yoxdur. Biz öz torpağımızı müdafiə etməyə hazırlaşırıq. Bütün hazırlıqlarımız dövlətimizin sərhədləri daxilində aparılır və hərbçilərimiz Belarusun təhlükəsizliyini müdafiə etmək vəzifəsi daşıyır”, - deyə o, bildirib.
Nazirin sözlərinə görə, müasir müharibələr təcrübəsinin hərtərəfli təhlili və öyrənilməsi ondan sonra döyüş hazırlığı prosesində istifadə olunmaqla həyata keçirilir: "Biz lazım olanı öyrədirik", - Belarus Müdafiə Nazirliyinin rəhbəri bildirib.
“Belə döyüş təlimlərindən biri Rusiya-Belarus birgə “Birlik Qalxanı 2023” təlimi olacaq. Biz buna hazırlaşırıq və bildiririk ki, hərbçilərimiz bu təlimlərdən çox çey öyrənəcək”, - o deyib.
Noyabrın əvvəlində Belarus və Rusiyanın müdafiə nazirlikləri kollegiyasının iclasında Xrenin bildirdi ki, Minsk və Moskva “Birlik Qalxanı-2023” birgə əməliyyat təliminin hazırlanması üzrə fəaliyyətə başlayıblar. Onun sözlərinə görə, gələn il keçirilməsi nəzərdə tutulan bu tədbir “əsas təlimə çevrilməlidir”. O qeyd edib ki, bu hərbi komandanlıq, həmçinin nəzarət orqanlarının və qoşunların birgə təlimi üçün mühüm tədbirdir.
Qadir, Bizimyol.info