Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AİƏT liderləri nüvə silahları ilə bağlı narahatlıqlarını ifadə edirlər
AİƏT liderləri nüvə silahları ilə bağlı narahatlıqlarını ifadə edirlər

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) forumunun rəhbər iclasının iştirakçıları nüvə silahı problemindən narahat olduqlarını bildiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Banqkokda keçirilən yekun mətbuat konfransında Tailandın baş naziri Prayut Çan-Oça bildirib.

"Görüşdə nüvə silahı problemi müzakirə olunub. Tərəflər bununla bağlı narahatlığını bölüşüblər", - o deyib. Tailandın baş naziri bu məsələnin hansı kontekstdə müzakirə edildiyi barədə ətraflı məlumat verməyib.

Noyabrın 18-19-da Banqkokda Queen Sirikit Milli Konfrans Mərkəzində APEC Liderlərinin Görüşü keçirilib.

İki gün davam edən tədbirdə 21 iqtisadiyyatın nümayəndəsi iştirak edib. Rusiya nümayəndə heyətinə baş nazirin birinci müavini Andrey Belousov başçılıq edib.

Qeyd edək ki, Tailand şənbə günü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı forumuna sədrliyi ABŞ-a təhvil verib. Kraliça Sirikit Milli Konfrans Mərkəzində keçirilən mərasimdə Baş nazir Prayut Çan-Oça ABŞ vitse-prezidenti Kamala Harrisə AİƏT-a ev sahibliyi edən ölkənin simvolu olan toxunmuş bambuk səbəti (çalom) hədiyyə edib.

Çalom - mavi, qırmızı yaşıl rənglərdə çələnglə bəzədilmiş, göz oxşayan formalı toxunmuş bambuk səbətdir. Bu rənglər Taylandın "AİƏT 2022" forum çərçivəsində irəli sürdüyü əməkdaşlıq konsepsiyalarını simvollaşdırır.

AİƏT 19 ölkə və iki ərazidən ibarətdir. Onların arasında 12 təsisçi var: Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Cənubi Koreya və Yaponiya.

Həmçinin ÇXR (1991-ci ildə daxil olub), Meksika və Papua Yeni Qvineya (1993), Çili (1994), Rusiya, Vyetnam və Peru (1998) də iştirak edir. 1991-ci ildə iki Çin ərazisi, Honq-Konq və Tayvan AİƏT-a qoşulub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »