Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şmıxal: Enerji sistemimizin yarısını itirmişik, çətinliklər gözlənilir
Şmıxal: Enerji sistemimizin yarısını itirmişik, çətinliklər gözlənilir

Rusiyanın raket zərbələri Ukraynanın enerji sisteminin demək olar ki, yarısını sıradan çıxarıb. Hökumət cümə günü bildirib və paytaxt Kiyevdəki səlahiyyətlilər xəbərdarlıq edib ki, qış gələn kimi şəhər elektrik şəbəkəsinin “tamamilə qapanma” ilə üzləşə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna baş nazir Denis Şmıxal Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskislə birgə mətbuat konfransı zamanı deyib.

“Təəssüf ki, Rusiya Ukraynanın mülki və mühüm infrastruktur obyektlərinə raket zərbələri endirməkdə davam edir. Enerji sistemimizin demək olar ki, yarısı yararsız vəziyyətə salınıb. Buna görə də, qarşıdakı aylarda çətinliklər gözlənilir. Qızdırıcı infrastruktur dağıntılara məruz qaldığına görə, soyuqlar daha da kəskinləşəndə fəaliyyətdə olan elektrik şəbəkələri yüklənmələri qarşılaya bilməyəcək və ehtimal ki, tamailə çökəcək”, - deyə o qeyd edib.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl demişdi ki, müharibədən əvvəl 44 milyona yaxın əhalisi olan ölkədə 10 milyona yaxın insan işıqsız qalıb. Onun sözlərinə görə, bəzi bölgələrdə səlahiyyətlilər məcburi fövqəladə işıqların da söndürülməsinə göstəriş veriblər.

Ukraynanın milli şəbəkə operatoru “Ukrenerqo” bildirib ki, Rusiya oktyabrın 10-dan noyabrın 15-dək Ukraynanın enerji infrastrukturuna altı irimiqyaslı raket hücumu həyata keçirib.

Temperaturun sıfır dərəcəyə qədər enməsi və Kiyevə ilk qarı gördüyü bir vaxtda rəsmilər Ukraynanın mülki infrastrukturunun ən güclü bombardmanlar zamanı əsas hədəf seçilmiş elektrik enerjisi obyeklərinin dağılmış hissələrini bərpa etməyə çalışdıqlarını bildiriblər.

Birləşmiş Millətlər Təşkilatı elektrik və su çatışmazlığı səbəbindən bu qış ölkədə humanitar fəlakət olacağı barədə xəbərdarlıq edib.

Kiyev şəhər administrasiyası rəhbərinin müavini Mykola Povoroznyk televiziya ilə şərhlərdə deyib: “Biz müxtəlif ssenarilərə, o cümlədən tamamilə qapanmalara hazırlaşırıq”.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, onun qüvvələri cümə axşamı müdafiə və sənaye obyektlərinə, o cümlədən “raket istehsalı obyektlərinə” zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə ediblər.

Ukrayna ordusunun sözçüsü axşam hesabatında bildirib ki, hazırda Xerson vilayətində Dnepr çayının şərq sahilində yerləşdirilən Rusiya qüvvələri qərb sahilindəki Antonivka və Bilozerka, eləcə də avadanlıq anbarı kimi istifadə etdikləri Çornobaivka şəhərlərini atəşə tutublar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »