Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp xüsusi prokurorla əməkdaşlıqdan imtina edib
Tramp xüsusi prokurorla əməkdaşlıqdan imtina edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp onunla bağlı bir sıra işləri araşdıracaq xüsusi prokurorun təyin olunmasını qəbuledilməz adlandırıb və əməkdaşlıqdan imtina edib.

Bizimyol.info xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində bildirib.

"Bu qəbuledilməzdir, bu çox ədalətsizdir, siyasiləşib. Mən bu işdə iştirak etməyəcəyəm. Qəbul etməyəcəyəm", - deyə o qeyd edib.

Sabiq prezident bildirib ki, o, səhv heç nə etməyib və Respublikaçılar Partiyasının bu cür təşəbbüslərə qarşı da mübarizə aparmaq cəsarətinə malik olduğuna ümid etdiyini bildirib.

“Bu, ölkəmizdə ədalətin ən pis siyasiləşdirilməsi formasının yaradılmasıdır. Hesab edirəm ki, Respublikaçılar belə bir siyasi avantüranın yaranmasını qəbul etməyəcəklər”, - deyə eks-prezident vurğulayıb.

Öz növbəsində, xüsusi prokuror vəzifəsinə təyin edilmiş Cek Smit öz ifadəsində tez və hərtərəfli araşdırma aparacağını və müstəqil qərar çıxaracağını vəd edib.

Bir gün əvvəl ədliyyə naziri və ABŞ-ın baş prokuroru Merrik Qarland keçmiş prezident Donald Trampı araşdırmaq üçün xüsusi prokuror Cek Smitin təyin edildiyini açıqlayıb.

Sərəncamda: "Smit, 2020-ci il prezident seçkilərindən və ya 6 yanvar 2021-ci il Seçicilər Kollegiyasının səslərinin hesablanmasından sonra hakimiyyətin qanuni ötürülməsinə mane olmaq cəhdləri ilə əlaqədar hər hansı şəxs və ya qurumun qanunu pozub-pozmaması ilə bağlı davam edən araşdırma aparmaq səlahiyyətinə malikdir", - deyə bildirilir.

Bundan əlavə, xüsusi prokurora Trampın Floridadakı Mar-a-Laqo malikanəsində tapılan milli müdafiə sənədlərinin vəziyyətini, həmçinin bu araşdırmanın birbaşa nəticəsi olaraq yaranan və ya yarana biləcək hər hansı sualları araşdırmaq tapşırılıb.

Tramp daha əvvəl 2024-cü il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Onun namizədliyi ABŞ Respublikaçılar Partiyasında fərqli reaksiyalara səbəb olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »