Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml daha bir səfərbərlik dalğası hazırlayır: "Gərginlik yaradacaq"
Kreml daha bir səfərbərlik dalğası hazırlayır: "Gərginlik yaradacaq"

Rusiya növbəti səfərbərlik dalğasını gözləyir ki, bu da sonda Ukraynada cəbhəyə köçürülən rus qoşunlarının ümumi keyfiyyətini pisləşdirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) hazırladığı analitik məlumaqlarında qeyd edilir.

“Gizli səfərbərlik fəaliyyətinin davam etdirilməsi və cari payız çağırışı ilə tandemdə növbəti səfərbərlik dalğasına potensial hazırlıq gedir. Çox güman ki, bu, onsuz da həddən artıq yüklənmiş Rusiya Silahlı Qüvvələrinin formalaşması sahəsində əhəmiyyətli dərəcədə gərginlik yaradacaq”, - deyə ekispertlər bildirib.

Analitiklər xatırladıblar ki, Kreml Rusiya prezidenti Vladimir Putinin səfərbərlik müddətini rəsmən başa vuran fərmanı imzalamağa ehtiyac olmadığını bildirib.

MTİ-nun məlumatına görə, Putin, ehtimal ki, hərbi xidmətə çağırış üçün bürokratik və inzibati potensialı azaltmaq üçün qismən səfərbərlik adlandırılan çağırışlara son qoymağı əmr edib.

“Ancaq aydındır ki, Rusiya hökuməti səfərbərlik səylərini heç vaxt tam dayandırmayıb. Bu da, o deməkdir ki, məhdud sayda səfərbər edilmiş çağırışçılar hələ də təlim sistemindən keçirlər, eyni zamanda həqiqi hərbi xidmətə çağırılanlar da öz təlim tsiklindən keçirlər”, - deyə analitiklər bildiriblər.

MTİ-nun rəyinə görə, səfərbərliyin növbəti dalğası həm səfərbər edilmiş çağırışçılar, həm də həqiqi hərbi xidmətə çağırılanlar üçün təlim keyfiyyətinin daha da aşağı olmasına gətirib çıxaracaq, çünki kifayət qədər təlim yerləri olmadığından onlar yarımçıq hazırlıq keçməli olacaqlar.

“Növbəti aylarda səfərbərliyin növbəti dalğası vəziyyəti daha da pisləşdirəcək və yəqin ki, Ukraynada cəbhəyə yerləşdiriləcək Rusiya qoşunlarının ümumi keyfiyyətini pisləşdirəcək”, - analitiklər bildirib.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərliyin başladığını elan edib. Yalnız ehtiyatda olanlar səfərbər edilməli idi, lakin həmin vaxt hərbi işlərdən uzaq olanlar da çağırış vərəqələri alırdılar. Səfərbərlik elan edildikdən dərhal sonra yaş həddi səsəfbərlik həddinə uyğun olan kişilər Rusiya Federasiyasını kütləvi şəkildə tərk etməyə başladılar.

Rusiya Müdafiə Nazirliyi 300 minə yaxın ehtiyatda olan hərbçinin səfərbər edilməli olduğunu iddia edib. Noyabrın 4-də Putin 318 000 rusiyalının səfərbər edildiyini və onlardan 49 000-nin artıq Ukraynada döyüşdüyünü açıqlayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »