Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya “Hvason-17” raketini buraxıb
Şimali Koreya “Hvason-17” raketini buraxıb

Cümə günü Şimali Koreya hakimiyyəti "Hwaseong -17" (ICBM) tipli qitələrarası ballistik raketi buraxıb.

Bizimyol.info xəbər verir ki, "KCNA" agentliyinin şənbə günü verdiyi məlumata görə, buraxılışa ölkə lideri Kim Çen In rəhbərlik edib.

“Pxenyan Beynəlxalq Hava Limanında buraxılan yeni tipli “Hwaseong-17 ICBM” 4135 saniyə uçub, 998 km uçuş məsafəsinə və 6040,9 km maksimum hündürlüyə malik olub. Yoldaş Kim Çen In "ICBM"lərin sınaq buraxılışına yerində nəzarət edib”, – agentlik hesabatında deyilir.

“Hörmətli yoldaş Kim Çen In təntənəli şəkildə bəyan etdi ki, əgər düşmənlər bizi tez-tez nüvə zərbəsi silahı ilə təhdid etməyə davam edərsə, o zaman partiyamız və hökumətimiz nüvə silahına nüvə silahı ilə qətiyyətlə cavab verəcək, həmçinin qarşıdurma ilə üz-üzə gəlsək adekvat cavab verəcəyik”, - deyə məlumatda deyilir.

Şimali Koreya cümə günü səhər saatlarında Yaponiyanın qitələrarası raket kimi təsnif etdiyi raket buraxıb. Raket maksimum 6000 km yüksəklikdə, dik trayektoriya ilə təxminən 1000 km uçub və Yaponiyanın eksklüziv iqtisadi zonası daxilində Yaponiyanın Hokkaydo adasından təxminən 200 km qərbə düşüb. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, belə raket adi trayektoriya üzrə buraxıldıqda 15 min km-dən çox uça və ABŞ-ın kontinental hissəsinə çata bilir.

Buraxılış KXDR Xarici İşlər Naziri Çoi Sonqhinin bəyanatından bir gün sonra baş tutub. O, Pxenyanın Koreya Respublikası, ABŞ və Yaponiya liderlərinin Kambocada keçirilən üçtərəfli sammit zamanı razılaşdıqları Amerika müdafiəsinin gücləndirilməsinə birbaşa mütənasib şəkildə cavab verəcəyini vurğulayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »