Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev: "İranın nüvə razılaşması ABŞ-ın diqqət mərkəzində deyil"
Ağ Ev: "İranın nüvə razılaşması ABŞ-ın diqqət mərkəzində deyil"

İranın nüvə sazişinin bərpası ABŞ-ın diqqətindən kənarda qalıb, lakin Vaşinqton problemin həllində diplomatiyaya üstünlük verməkdə davam edir.

"Report" xəbər verir ki, bunu bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.

“Onlar nüvə sazişi ilə birbaşa əlaqəsi olmayan məsələləri qaldırmağa davam edərək suları bulandırdılar. Bizim cəhdlərimizə baxmayaraq, İrandakı etirazlardan əvvəl \onlarla müqavilə bağlaya bilmədik”, - Kirbi deyib.

Kirbi əlavə edib ki, ABŞ Prezidenti Cozef Bayden Tehranın nüvə silahına malik olmasının qarşısını almaqda qərarlıdır.

Bununla belə, Ağ Ev nümayəndəsinin sözlərinə görə, ABŞ Prezidenti hələ də diplomatiyanın nəticəyə nail olmaq üçün ən yaxşı yol olduğuna inanır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »