Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Dövlət Pantomima Teatrı "Qısa Tamaşalar Festivalı"na qatılacaq
Azərbaycan Dövlət Pantomima Teatrı "Qısa Tamaşalar Festivalı"na qatılacaq

Azərbaycan Dövlət Pantomima Teatrı II "4.4 Qısa Tamaşalar Festivalı"na qatılacaq.

Qeyd edək ki, festival 25-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçiriləcək.

Azərbaycan Dövlət Pantomima Teatrı noyabrın 27-də saat 15:00-da bu mötəbər sənət yarışmasına rejissor Ceyhun Dadaşovun quruluşunda “Şinel” tamaşası ilə qatılacaq. Noyabrın 28-i saat 19:00-da ise rejissor Ceyhun Dadaşovun quruluşunda "Manqurt" (müsabiqədənkənar) tamaşası nümayiş olunacaq.

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru əməkdar artist Elman Rəfiyev məlumat verib. Onun sözlərinə görə, Pantomima teatrı festivalda bir müsabiqədə və bir müsabiqədənkənar tamaşa ilə çıxış edir. Müsabiqənin əsas şərti odur ki, bu müsabiqədə oynanılan yeni tamaşa olmalıdır.

Elman Rəfiyev Elman Rəfiyev

Elman Rəfiyev bildirib ki, teatrın repertuarında, yeni tamaşalar siyahısında Qoqolun "Şinel"tamaşası var və teatr festivalda bu tamaşa ilə çıxış edəcək.

"Festival beynəlxalq festivaldır. Bir çox ölkələrdən bura həm münsiflər heyəti gələcək, həm də tamaşalar nümayiş etdiriləcək. Bütün Bakı teatrları, əyalət teatrları bu festivalda iştirak edəcək. Festivalda, biz müsabiqədənkənar Çingiz Aytmatovun "Manqurt" tamaşasını da oynayacağıq. Ceyhun Dadaşov, adı qeyd olunan iki tamaşanın da rejissorudur" - deyə əməkdar artist qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »