Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveç prokurorluğu “Şimal axını”nda təxribat aktını təsdiqləyib
İsveç prokurorluğu “Şimal axını”nda təxribat aktını təsdiqləyib

“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışların təxribat aktı olduğunu İsveç prokurorluğu cümə günü təsdiqləyib və əlavə edib ki, istintaq davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə təhqiqata rəhbərlik edən prokuror Mats Ljungqvist bildirib.

"Baltik dənizində hadisə yerinə baxış zamanı xeyli sübutlar toplanıb və hər şey hərtərəfli sənədləşdirilib. Bu günə qədər aparılan ekspertizalar aşkar edilmiş bir neçə obyektdə partlayıcı maddələrin izlərini göstərib. Hadisə ilə bağlı daha əsaslı nəticələr çıxarmaq məqsədilə ilkin təhlillər davam edir", - deyə o bildirib.

İsveç prokurorluğu qeyd edib ki, davam edən təhqiqat çox mürəkkəb və geniş əhatəlidir. Bu cinayətin törədilməsi ilə bağlı kiminsə şübhəli olub-olmadığını sübut edən faktların açıqlnacağı gözlənilir.

"Əlavə ilkin araşdırma üçün bu işin sakit şəkildə davam etməsini təmin etmək vacibdir", - deyə Ljungqvist bildirib. Hazırda prokuror əlavə məlumat verə bilməyəcəyini bildirib və araşdır başa çatmayana qədər mətbuata açıqlama verilməyəcəyi barədə məlumat verib.

Sentyabrın 27-də "Stream AG" şirkəti bir gün əvvəl “Şimal axını” və “Şimal axını 2” dəniz qaz kəmərlərinin üç xəttinə görünməmiş ziyan dəydiyini barədə məlumat verib. Sentyabrın 26-da isveçli seysmoloqlar boru kəməri marşrutlarında iki partlayış qeydə alııdığını bildiriblər. Bundan sonra Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı məhkəmə araşdırmalarına başlayıb.

Kəmərlərdə baş vermiş partlayışa görə, Rusiya Avropaya təbii qaın verilməsini dayandırdığını bəyan edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »