Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Ukraynaya İsrail komponentləri olan silahlar verə biləcək
NATO Ukraynaya İsrail komponentləri olan silahlar verə biləcək

İsrail hakimiyyəti NATO üzvü olan ölkələrə Ukraynaya İsrail komponentləri olan silahlar verməyə icazə verib.

Bizimyol.info xəbər verir ki, "Haaretz"ın yazdığına görə, İsrail Müdafiə Nazirliyi bu yaxınlarda öz tövsiyələrini yumşaldıb və Böyük Britaniya kimi NATO üzvlərinin Ukraynaya "elektro-optik sistemlər və atəşə nəzarət sistemləri kimi" İsrail komponentlərini ehtiva edən silah sistemləri ilə təmin edə biləcəyinə razılaşıb.

Nəşr onu da üzə çıxarıb ki, ABŞ administrasiyasının tövsiyəsi ilə İsrail bu yaxınlarda Ukraynaya kömək üçün milyonlarla dollarlıq “strateji materialları” maliyyələşdirməyə razılaşıb.

Üç yüksək səviyyəli avropalı diplomatik rəsminin sözlərinə görə, amerikalılar İsrailin Ukraynaya zenit batareyaları verməsini istəyirdilər.

Amma iki ölkə hökumətləri arasında aparılan danışıqlardan sonra tərəflər strateji materialları İsrailin maliyyələşdirəcəyinə qərar veriblər.

"Ukraynaya hərbi texnikanın çatdırılmasında fəal iştirak edən NATO üzvü olan ölkəyə bir neçə milyon dollar dəyərində ödəniş köçürülüb. Bu ölkə strateji materialları alıb Ukraynaya göndərirdi. Söhbət hansı materiallardan gedir, məlum deyil", - deyə nəşr qeyd edib.

2022-ci ilin oktyabrında İsrailin baş naziri Yair Lapid ölkəsinin Ukraynaya silah tədarük etməyəcəyini açıqlamışdı.

Daha sonra İsrailin müdafiə naziri Benni Qants ukraynalı həmkarı Aleksey Reznikovla danışıb. Telefon danışıqları nəticəsində İsrailin Kiyevə kömək edəcəyi, lakin hava hücumundan müdafiə sistemləri verməyəcəyi məlum olub. Həmin gün Ukrayna prezidenti Vladimir Zelenski İsraili demokratik dünyanın yanında olub-olmadığını, ya da Rusiya terroruna göz yumduğu barədə qərar verməyə çağırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »