Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yoxa çıxan uşaqların sayı qorxunc həddə çatıb”
“Yoxa çıxan uşaqların sayı qorxunc həddə çatıb”

Avropaya köçərkən valideynlərini itirən minlərlə uşaq getdikləri ölkələrdə insan alverçilərinin və ya orqan mafiyasının əlinə keçir.

Bizimyol.info xəbər verir ki, itkin düşən uşaqların fahişəlik, insan alveri kimi qeyri-qanuni işlərdə istifadə edilməsi beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən dəfələrlə sənədləşdirilsə də, indiyədək neçə uşağın itdiyi, neçəsinin sağ olduğu və harada olduğu müəyyən edilməyib.

Sakarya Universitetinin Diaspor Araşdırma Mərkəzinin tədqiqatçılarından olan Zehra Hopyar 20 noyabr Dünya Uşaqları Müdafiə Günü münasibətilə Avropada itən qaçqın uşaqlarla bağlı qiymətləndirmə edib. Hopyar, Avropada itkin miqrant uşaq hadisələrinin 2015-ci ildə qaçqın böhranı ilə başladığını və son illərdə Avropada müşayiətsiz uşaqların sayının çox artdığını, bu imkansız uşaqların təhsil kimi əsas hüquqlarından məhrum bir həyat sürdüklərini ifadə edib.

Avropada humanitar şəraitdən uzaq yaşayan və ailəsiz böyüyən, sığınacaq axtaran uşaqların heç bir təhlükəsizliyinin olmadığını qeyd edən Hopyar, hər il minlərlə uşağın Avropa sərhədləri daxilində itdiyini bildirib.

Hopyar sözlərinə belə davam edib: “2015-ci ildən bəri çoxlu sayda uşaq Avropaya gəldikdən sonra yoxa çıxıb. Bu rəqəm qorxunc həddə çatıb. “Lost in Europe”-un 2021-ci ildə dərc etdiyi hesabatda 2018-2020-ci illər arasında Avropada 18 mindən çox miqrant uşağın itkin düşdüyü, yəni Avropada hər gün 17 qaçqın uşağın itkin düşdüyü bildirilib. Tədqiqatçılar bu mövzuda məlumatların çox vaxt natamam və uyğunsuz olduğunu, məlumatların toplanması proseslərinin rəsmi orqanlarla əməkdaşlıq etmədən həyata keçirildiyini bildirirlər. Bu da faktiki rəqəmin bundan qat-qat çox olduğunu düşünməyə vadar edir”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »