Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Belə bir qüvvənin Cənubi Qafqaza daxil olmasına imkan verilməməlidir"
"Belə bir qüvvənin Cənubi Qafqaza daxil olmasına imkan verilməməlidir"

Son dövrlər Cənubi Qafqazda münasibətlərin tənzimlənməsi xüsusilə də Ermənistan və Azərbaycan arasında sülh prosesinin təmin olunması istiqamətində ciddi irəliyişlərin əldə olduğu və böyük ümidlərin yarandığı bir dövrdə bir sıra güclər, xüsusilə də İran, Fransa kimi Cənubi Qafqazda sülhün təmin olunmasını öz maraqları üçün ciddi təhdid hesab edən qüvvələr açıq və əks mövqeyə keçiblər.

Məhz İranın sərgilədiyi destruktiv pozucu fəaliyyət İranın Cənubi Qafqazda formalaşmış yeni reallıqların şərtlərinə qətiyyən uyğun olmayan yeni şərtlər formalaşdırmağa, yeni şərait formalaşdırmağa hədəflənmiş fəaliyyəti İranın “SEPAH” adlı quldur- terrorçu təşkilatının Azərbaycanla sərhəddə mənasız təlimlər keçirməyi, eyni zamanda Ermənistana açıq dəstək nümayiş etdirməsi və Ermənistanın sülh prosesi ilə bağlı addımlardan çəkindirməyə xidmət edən davranışın nümayiş etdirilməsi göstərir ki, İran Cənubi Qafqazda sülh prosesinin təmin olunması üçün global maraqları üçün, Qafqaz maraqları üçün ciddi təhdid hesab edir.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Anar Əliyev danışıb. O, qeyd edib ki, eyni zamanda Fransa tərəfindən atılan addımlar, ayrı-ayrı rəsmilərin davranışları, Xarici İşlər nazirliyinin sərsəm bəyanatları, Makronun heçbir əsası olmayan, boş söz yığınından ibarət, sərsəm, mənasız açıqlamaları, eyni zamanda 15 noyabr tarixində Fransa senatı tərəfindən, həm aşağı, həm yuxarı palata tərəfindən qəbul edilən, beynəlxalq hüququn prinsiplərinə, BMT imzanaməsinə, haqqa, ədalətə demokratik prinsiplərə Cənubi Qafqazda formalaşmış reallıqlara uyğun olmayan, heç bir real əsası və tətbiqi imkanları olmayan sırf söz yığınından ibarət olan qətnamənin qəbul edilməsi göstərir ki, bəli nə İran, nə Fransa kimi dövlətlər Cənubi Qafqazda iki dövlət arasındaki, iki xalq arasında normal münasibətlərin formalaşması, birgə yaşayış mühitinin yaradılması və inkişaf etdirilməsini qəbul etmək istəmirlər.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Əksinə Fransanın, İranın bu davranışları Ermənistan cəmiyyətində xüsusilə revanşist düşüncəli insanlarda yenidən xam xəyalların, mənasız xülyalara əsaslanan təsəvvürlərin formalaşmasına, hansısa məhsul zamanda yeni şəraitin formalaşacağı və bu şərait daxilində Azərbaycanla daha uyğun şərtlər daxilində danışıqlar apara biləcəkləri təsəvvürünün, yanlış təsəvvürün formalaşmasına və bu təsəvvür üzərindən Azərbaycanla daha desturiktiv, daha pozucu davranışların, daha təxribat xarakterli addımların atılmasına şərait yaradır...

“İndiki şəraitdə bu davranışlar Cənubi Qafqazda sülh prosesinə deyil, məhz münaşiqənin alovlanmasına xidmət edir. Bu isə, onu göstərir ki, bəli Azərbaycan prezidentinin dəfələrlə bəyan etdiyi kimi Cənubi Qafqazda sülh münasibətlərinin formalaşmasına dəstək verən güclərdən kənar heç kimin bu proseslərə müdaxilə etmək imkanı verilməyəcək, onlar bütünlüklə Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırılacaqlar.

Azərbaycan bundan sonra da Fransa rəsmi dairələrinin cənubi Qafqazdakı proseslərin tənzimlənməsində iştirak məsələsini bir mənalı şəkildə qadağan etməli, “stop” qoymalı, bloklamalıdır və Fransa bu prosesdən ümumiyyətlə uzağlaşdırılmalıdır. Fransa birmənalı şəkildə artıq vasitəçilik simasını və mahiyyətini itirib. Açıq şəkildə simasızlığını, sülh prosesinə əks olduğunu nümayiş etdirir.

Belə bir qüvvənin bundan sonra Cənubi Qafqaza daxil olması və proseslərdə iştirakçıya çevrilməsinə imkan verilməməlidir”-deyə politoloq bildirib.

O, qeyd edib ki, bundan sonra Azərbaycan bölgədə sülh münasibətlərin formalaşdırılması istiqamətində hücum və sərt diplomatiya mübarizəsini daha da kəskinləşdirməlidir. Qarşı tərəfə Azərbaycanın sülh təkliflərinin əbədi olaraq, masada qalmayacağını bir daha nümayiş etdirilməlidir.

Politoloq hesab edir ki, Azərbaycanın sülh prosesindən, sülh danışıqlarından çəkilərsə bu prosesinin, bu addımın zərər çəkən tərəfinin yalnız Ermənistan olacağı bir daha nümayiş etdirilməlidir.

Bu Ermənistan cəmiyyətinə, Ermənistan siyasi elitasına açıq şəkildə bildirilməli və qeyd olunmalıdır ki, bu həm də Azərbaycan cəmiyyətinin üzərinə düşən məsuliyyətdir.

“Biz Ermənistan cəmiyyəti, Ermənistan dövləti ilə, proseslərin sona qədər belə onların ərköyün davranışları ilə müşahidə olunmayacağını izah etməli, başa salmalıyıq.

Ermənistan cəmiyyəti bilməlidir ki, Azərbaycan bir gün səbr kasası daşdıqda bu proseslərdən kənara çəkiləcək və o zaman böyük güclərin Fransa, İran kimi riyakar, cinayətkar güclərin əl altısına çevrilmək istəyən Ermənistan bu prosesi zərərli tərəf kimi çıxacaqdır.

O halda heç bir güc, heç bir qüvvə, eləcə də nə İran, nə də Fransa Ermənistanın yanında olmayacaq, Ermənistana hərhansı bir dəstək nümayiş etdirə bilməyəcəkdir”-deyə o qeyd edib.

A. Əliyev əlavə edib ki, 2020 – ci ilin sentyabr, oktyabr, noyabr aylarında, 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi heç bir güc artıq, növbəti dəfə Azərbaycanı başlatdığı fəaliyyətdən çəkindirə bilməyəcək və Ermənistanı Azərbaycanın əlindən alıb xilas edə bilməyəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »