Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oliqarxların müəmmalı ölümü: “Rusiyanın iş dünyasında gizli müharibə gedir”
Oliqarxların müəmmalı ölümü: “Rusiyanın iş dünyasında gizli müharibə gedir”

Son dövrlərdə bir çox Rusiya oliqarxlarının müəmmalı ölümü və ya ömrünün sonu ilə bağlı müzakirələr davam edir.

Bizimyol.info xəbər verir ki, son aylarda Rusiya iş dünyasının bir çox tanınmış adı dəqiq müəyyən edilə bilməyən səbəblərdən həyatını itirib. Müəmmalı ölümlərin sirrini açmaq mümkün olmasa da, intiharların davam etməsi Kremldə də mübahisələrə səbəb olub.

Belə ki, “Qazprom”un keçmiş vitse-prezidenti, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Vladislav Avayev aprel ayında həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb.

Bu hadisədən sonra “Qazprombank”la yaxın münasibətdə olan “Novatek” təbii qaz şirkətinin keçmiş vitse-prezidenti Sergey Protosenya da həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb. İntihar etdiyi düşünülən Protosenyanın oğlu ailəsinin öldürülmüş ola biləcəyini iddia edib.

Bu ölümlər yetmirmiş kimi Rusiyanın ən böyük neft şirkətlərindən biri olan "Lukoyl"un keçmiş direktoru Aleksandır Subbotin də may ayında şaman cütlüyün evində ölü tapılıb.

Sankt-Peterburqda isə Rusiyanın dövlət enerji nəhəngi “Qazprom” şirkəti ilə yaxın münasibətdə olan rusiyalı iş adamı Yuri Voronovun cansız cəsədi tapılıb. Belə ki, onun meyiti Sankt-Peterburqda dəbdəbəli evin hovuzunda tapılıb.

Sentyabr ayında isə “Lukoyl”un baş direktoru Ravil Maqanov xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

Onun yaxın dostu, Putinin “xüsusi masajçısı” kimi tanınan və Kremlin bir çox sirlərini bildiyini düşünən Konstantin Qoloşçapovun Rusiyadan qaçmasının üzə çıxması Kremldə böyük təlatüm yaşanması ilə bağlı şayiələrin yaranmasına səbəb olub.

Bu müəmmalı hadisələr davam edərkən Sovet İttifaqının dağılmasından sonra Rusiyaya qoyduğu sərmayələrlə gündəmə gələn amerikalı maliyyə eksperti Bill Brauderdən diqqətçəkən açıqlamalar gəlib.

ABŞ-da Rusiyanı ən yaxşı tanıyan adlardan biri olan Brauder Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalarla sarsılan Rusiyada oliqarxlar arasında böyük rəqabətin olduğunu qeyd edib. Sanksiyalar nəticəsində oliqarxların yerdə qalan sərvətləri üçün böyük rəqabət olduğunu deyən məşhur iş adamı Rusiyanın iş dünyasında böyük gizli müharibənin getdiyini və intiharların da bunun nəticəsi olduğunu bildirib.

İngiltərə mətbuatına açıqlama verən Bill Brauder, Rusiyadakı bu müharibəni yemək üçün bir-birini öldürən yırtıcıların döyüşü ilə müqayisə edib. Brauder, xüsusilə Rusiyanın enerji nəhəngləri olan Qazprom, Lukoil, Novatek və Qazprombank kimi pul axınının sıx olduğu qurumlarda müharibənin nəzarətdən çıxdığını bildirib.

Leyla Mirzə

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »