Azərbaycan 2025-ci ilə qədər Ağdam-Xankəndi qaz kəmərini çəkəcək.
Bu barədə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb. Sənədə əsasən, 2025-ci ilə qədər SOCAR tərəfindən Ağdam -Xankəndi qaz kəmərinin və üzərində qaz tənzimləyici məntəqələr quraşdırmaqla qaz kəməri qollarının tikintisi təmin edilməlidir. Sənəddə digər məqamlar da yer alıb.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar Bayramov danışıb. O, qeyd edib ki, “Böyük Qayıdış” dair birinci dövlət proqramı Qarabağ və şərqi Zəngəzurda qayıdışın birinci mərhələsində Zəngəzurda vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtması üçün sistemli və ünvanlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

“Nəzərə alsaq ki, qayıdış proqramının əsas hədəfləri infrasturukturun formalaşdırılması, yenidən qurulması, iqtisadiyyatın yenidən formalaşması və inteqrasiyası, sosial inkişaf, eyni zamanda ətraf mühitdə tarazlığın qorunması, yaşıl iqtisadiyyatın formalaşdırılmasından ibarətdir”,- deyə o bildirib.
Deputat hesab edir ki, hədəflər müasir çağırışlara uyğundur. Çünki işğal müddətində Qarabağ və Şərqi Zəngəzurda infrasturuktur tamamilə dağıdılıb. Onların yenidən qurulmasına ehtiyac var. Bu istiqamətdə artıq müəyyən işlər aparılır. Çox intensiv şəkildə infrasturukturun qurulması və bərpası müşahidə olunur. Eyni zamanda dövlət proqramı konkret olaraq, məhz hansısa istiqamətdə infrasturukturların qurulmasını özündə ehtiva edir.
Burada xüsusən logistik və nəqliyyat infrastrukturun genişləndirilməsi, eyni zamanda təbii ki, yaşayış evlərinin, binalarının, eləcə də, sosial-inzibati binaların inşası nəzərdə tutulur ki, bu da praktiki olaraq, proqramda dəqiq və ünvanlı şəkildə qeyd olunub.
İqtisadiyyatın formalaşdırılması istiqamətində işlər həm proqram çərçivəsində, həm də digər qanunverici aktlar, o cümlədən vergi məcəlləsi çərçivəsində reallaşmaqdadır. “Vergi Məcəlləsi ilə gələn ildən etibarən işğaldan azad olunmuş ərazilərmizdə 10 il müddətinə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Bu da təbii ki, iqtisadiyyatın formalaşması və reinteqrasiyası baxımından vacib hesab olunur. Təbii ki, sosial təminat vacibdir. Cənab prezidentin də göstərişi ondan ibarətdir ki, öz ata-baba yurdlarına qayıdan vətəndaşlarımız işlə təmin olunsun. Baş Planlar təqdim edilən zaman da, həm də həmin ərazilərdə məskunlaşacaq vətəndaşlarımızın iqtisadiyyatın hansı sektorlarında çalışacaqları da, qeyd olunurdu. Bu da sosial təminat və sosial inkişaf baxımından vacibdir. Bu baxımdan məskunlaşan vətəndaşlarımızın sosial təminatı, bu prorqam çərçivəsində də prioritetdir. Yaşıl iqtisadiyyat, ətraf mühit, bu bir tərəfdən həm “ağıllı kənd”, “ağıllı şəhər” konsepsasiyasına uyğun olaraq, yaşayış məntəqələrinin salınması, digər tərəfdən alternativ enerji mənbələrinin daha çox istifadə edilməsini nəzərdə tutur”,- deyə deputat bildirib.
Onun sözlərinə görə, ətraf mühitin qorunmasına və işğal müddəti Ermənistan tərəfindən həyata keçirilən ekoloji soyqırımdan sonra, yeni ətraf mühit, ekologiyanın yenidən formalaşması, burada təbii ki, yaşıllıqların sayının artırılması kimi hədəflər daxildir.
Bu da təbii ki, həm müasir çağırışa, həm də Azərbaycanda işğaldan azad edilmiş ərazilərmizdə həyata keçirilən yaşayış məntəqələrinin salınması konsepsiyasına uyğundur. Bütövlükdə proqramın əsas özəlliyi ondan ibarətdir ki, proqramda konkret hədəflər və fəaliyyətlər var. Hər fəaliyyətə məsul olan dövlət qurumları müəyyənləşib. Deputat bildirib ki, eyni zamanda burada potensial mövcud ola biləcək risklərin öncədən müəyəyn edilməsi və qarşısının alınması nəzərdə tutulub. Bu baxımdan Dövlət Proqramının imzalanması birmənalı şəkildə ünvanlı və sistemli olaraq, qayıdış prosesinin daha da sürətlənməsinə imkan yaradacaq.
İlahin, Bizimyol.info