Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyanın atdığı raket ABŞ-a çata bilər
Şimali Koreyanın atdığı raket ABŞ-a çata bilər

ABŞ-ın vitse-prezidenti Kamala Harris cümə günü Banqkokda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (AİƏT) sammiti çərçivəsində Şimali Koreyanın raket buraxılışı ilə bağlı Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri ilə məsləhətləşmələr aparacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kirsten Allen məlumat verib.

"Vitse-prezident Harris Yaponiya, Koreya Respublikası, Avstraliya, Yeni Zelandiya və Kanadadan olan dünya liderlərini Şimali Koreyanın son ballistik raket buraxılışı ilə bağlı məsləhətləşmələrə dəvət edib" -deyə Allen "Twitter" səhifəsində yazıb.

Daha əvvəl Kyodo agentliyi mənbələrə istinadən 6 ölkənin nümayəndələrinin fövqəladə toplantısı barədə məlumat yayıb. Yaponiyanın baş naziri Fumio Kişida, Kanadanın baş naziri Castin Trüdo, Avstraliyanın baş naziri Entoni Albanese, Yeni Zelandiyanın baş naziri Casinda Ardern və ABŞ-ın vitse-prezidenti Kamala Harris hazırda Banqkokdadır, Seul isə Banqkokda baş nazir Han Duk Su ilə təmsil olunur.

Qeyd edək ki, Şimali Koreya cümə günü səhər saatlarında qitələrarası raket buraxıb və raket Hokkaydodan təxminən 200 kilometr qərbdə Yaponiyanın müstəsna iqtisadi zonasına düşüb. Müdafiə Nazirliyinin hesablamalarına görə, o, adi trayektoriya ilə buraxıldıqda, 15 min km-dən çox uça və ABŞ ərazisinə çata biləcək uçuş gücünə sahibdir.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada bildirib ki, buraxılış yerli vaxtla saat 10:14-də (05:14) həyata keçirilib, raket 11:23-də (06:23) düşüb. O, raketin 69 dəqiqə havada qaldığını müşahidə edib.

Yapon tərəfinin ilkin hesablamalarına görə, raket 6000 km maksimum hündürlükdə təxminən 1000 km məsafə qət edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »