Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya əsgəri Avropadan sığınacaq istəyir
Rusiya əsgəri Avropadan sığınacaq istəyir

Rusiya əsgəri Nikita Çibrin ordudan qaçaraq Madriddən sığınacaq istəyib. Hərbçi deyir ki, 64-cü motoatıcı briqadada xidmət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Guardian" məlumat verib.

Nəşr qeyd edir ki, bu bölmə Buçada hərbi cinayətlər törətməkdə ittiham olunur.

"Nikita Çibrin Rusiya ordusunun döyüşçüsü olub. O, bu ilin mart ayında Buçada hərbi cinayətlər törətməkdə ittiham olunan 64-cü Əlahiddə Mühafizəçi Motoatıcı Briqadasında xidmət edib. 27 yaşlı əsgər ordudan qaçaraq İspaniyadan siyasi sığınacaq istəyir", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, Çibrinin dediyinə görə, döyüşmək istəməyib və orduda olduğu 4 ay ərzində bir dəfə də olsun güllə atmayıb: “Məni həbslə hədələdilər. Sonda komandirlər məni hərbi hissənin təmizləyicisi və yükləyici kimi istifadə etmək qərarına gəldilər. Məni döyüş meydanından apardılar”, – deyə qaçaq hərbçi bildirib.

Hərbçi deyir ki, bölməsi ilə fevralın 24-də Belarusla sərhəddən keçərək Ukraynaya gəlib: “Ukraynada döyüşəcəyimizi ağlımıza belə gətirmirdik”, - deyə o qeyd edib.

Çibrin döyüşlərə qatılmadığı üçün dinc sakinlərin atəşə tutulmasının şahidi olmadığını deyir, lakin onun bölməsinin mütəmadi olaraq ukraynalıların evlərini qarət etdiyini deyir: “Onlar hər şeyi qarət etdilər. Paltaryuyan maşın, soyuducu, elektronika, hər şey”, - deyib.

Onun bölməsində hərbçilərin cinsi zorakılıq və dinc əhalinin öldürülməsi ilə bağlı “şayiələr gəzirdi”. O, Rusiya əsgərlərinin mənəvi-psixoloji vəziyyətini “son dərəcə aşağı” olduğunu bildirib.

İspaniya Daxili İşlər Nazirliyinin sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »