Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırıq" - Papuaşvili
"Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırıq" - Papuaşvili
Ermənistan və Gürcüstanın Xarici Əlaqələr və Mədəniyyət Komitələri əməkdaşlıq memorandumu imzalayıblar.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, cümə axşamı Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili erməni həmkarı Alen Simonyanla keçirdiyi brifinqdə bildirib ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında vasitəçi rolunu oynamağa davam etməyə hazırdır:

"Gürcüstan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq nümunəsinə çevrilməsi üçün Ermənistan və Azərbaycan arasında vasitəçi kimi çıxış etməyə davam etməyə hazırdır", - deyə Papuaşvili bildirib.

O, bildirib ki, ümidvardır ki, onlar ilk növbədə gənc nəsillərə Qafqaz xalqlarının ən çətin anlarında belə öz müdrikliyi və əməkdaşlığı ilə sülhsevər gələcək qura biləcəklərini göstərə biləcəklər.

Papuaşvili həmçinin qeyd edib ki, Ermənistan və Gürcüstanın xarici əlaqələr və mədəniyyət komitələri arasında əməkdaşlıq memorandumu imzalanıb və bu, ikitərəfli əməkdaşlığa əlavə təkan verəcək və qarşılıqlı fəaliyyəti dərinləşdirəcək.

Xatırladaq ki, Simonyan Tbilisiyə çərşənbə günü, noyabrın 16-da gedib. Ermənistan parlamentinin sədri artıq Gürcüstanın baş naziri İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə də görüşüb.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »