Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlin sonuna qədər sənəd imzalana bilərmi... – Ermənistan şərtlə danışır
İlin sonuna qədər sənəd imzalana bilərmi... – Ermənistan şərtlə danışır
“Ermənistanla Azərbaycan arasında sənədin imzalanması ilk növbədə Ermənistanın milli maraqlarına nə dərəcədə əməl ediləcəyi ilə bağlı bir neçə faktordan asılıdır”.

Bizimyol.info Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində keçirdiyi brifinqdə hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevork Papoyan deyib. Erməni deputat bu ilin sonuna qədər sənədin imzalanmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb və bildirib:

"İlin sonuna qədər imzalanmasının mümkünlüyünə gəlincə, həm bəli, həm də yox deyə bilərəm. Çünki imzalanma hər iki tərəfdən asılıdır. Konkret olaraq Ermənistan üçün, onun qırmızı xətlərinə əməl edilib-edilməməsindən asılıdır”, - deyə Papoyan bildirib.

Onun həmkarı, hakim fraksiya katibi Artur Hovhannisyan isə açıqlamasında deyib ki, mətbuatda gedən səs-küylü başlıqları hakimiyyətin əslində dedikləri ilə fərqləndirmək lazımdır. Onun sözlərinə görə, Ermənistan tərəfi ilin sonuna qədər sənədi imzalamaqda qərarlı olduğunu qeyd edir, imzalanacağını demir.

“Bunlar tamamilə fərqli kateqoriyalardır. Biz bu istiqamətdə işləyirik və sülh müqaviləsinin imzalanması üçün mümkün olan hər şeyi edəcəyik. Bunun nə dərəcədə mümkün olduğunu heç kim deyə bilməz, çünki bu, bir çox amillərdən, o cümlədən Azərbaycanın mövqeyindən asılıdır”,- deyə Hovhannisyan əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin tribunasından sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişi imzalamağı təklif edib. Azərbaycan tərəfinin bu təklif və şərtlərə reaksiyası hələlik dəqiq bəlli deyil. Bununla belə Azərbaycan tərəfi qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və kommunikasiyaların açılmasını nəzərdə tutan hər hansı sənədi imzalamağa hazır olduğunu dəfələrlə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »